Accessibility links

Kyiv hərbi yaşda olan kişilərin xarici pasport müraciətlərinə məhdudiyyətlər qoyur


Ukrayna hökuməti orduda çatışmazlığı aradan qaldırmaq üçün qaydaları daha da sərtləşdirərək, ordu yaşında olan kişilərin xarici pasport almaq üçün müraciətlərinə müvəqqəti qadağa qoyan qaydaları təsdiqləyib.

Ukrayna Xarici İşlər Nazirliyi müddəaları çərşənbə günü, xarici işlər naziri Dmitri Kulebanın 18-60 yaş arasındakı kişilər üçün konsulluq xidmətlərini mayın 18-dək dayandırmasından bir gün sonra açıqlayıb. O, xaricdə olanları Rusiyaya qarşı 26 aydır davam edən müharibədə xidmət etmədiklərinə görə tənqid edib.

Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, Ukraynaya qayıtmaq istəyənlər xüsusi arayış almaq üçün səfirlik və konsulluqlarda yardım ala biləcək.

O, xidmətlərin mayın 18-də bərpa ediləcəyini və aprelin 23-dən sonra daxil olan müraciətlərə o zaman baxılacağını deyib.

Qoşunların sayını artırmaq məqsədi ilə səfərbərlik haqqında yeni qanun məhz o zaman qüvvəyə minəcək.

Təxminən 860 mini Avropa İttifaqında olmaqla, yüz minlərlə hərbi yaşda olan ukraynalı kişi xaricdə yaşayır və ölkə Rusiyanın daha yaxşı təchiz edilmiş və daha böyük ordusuna qarşı kampaniyada əsgər çatışmazlığı ilə üzləşib.

Xarici İşlər Nazirliyi bildirib ki, özəl qurumlar bundan sonra pasport müraciətləri ilə məşğul ola bilməyəcək, bununla yalnız dövlət qurumları məşğul olacaq.

Bildirilib ki, yeni məhdudiyyətlər hərbi vəziyyətin qüvvədə olduğu müddətdə dövlət sərhədlərini keçməyə icazə verilən vətəndaşlara, o cümlədən əlillərə şamil edilmir.

Forum

XS
SM
MD
LG