Accessibility links

Ali Məhkəmədə Trampın toxunulmazlıq iddiaları ilə bağlı dinləmələr keçirilir


ABŞ Ali Məhkəməsi
ABŞ Ali Məhkəməsi

Cümə axşamı Ali Məhkəmədə keçmiş prezident Donald Trampın 2020-ci il seçkilərindəki məğlubiyyətinin ləğvi cəhdlərinə görə təqiblərdən toxunulmazlıq iddiaları ilə bağlı dinləmələr keçirilib.

Tramp apellyasiya şikayətini aşağı məhkəmələrin seçkilərlə bağlı dörd cinayət işində ona toxunulmazlıq verilməsi tələbini rədd etdikdən sonra verib. Buna əsas xüsusi prokuror Cek Smitin Trampa qarşı ittihamların onun prezident səlahiyyətlərini icra etdiyi vaxt atdığı addımlara görə irəli sürdüyü göstərilib.

Tramp bu ittihamlar üzrə özünü təqsirli bilmir.

Tramp ölkədə cinayət məsuliyyətinə cəlb edilən ilk eks-prezidentdir.

Tramp Ali Məhkəmənin iclasında iştirak etməyib. Belə ki, o, hazırda 2016-cı il ABŞ seçkilərindən bir müddət əvvəl porno aktrisaya ödənişlə bağlı ittihamlara görə Nyu-York ştatındakı başqa bir məhkəmə prosesində iştirak etməli idi.

Ali Məhkəmədəki mühafizəkarlara Trampın təyin etdiyi üç hakim də daxildir. Onlar Ami Koni Barret, Brett Kavano və Neil Qorsuçdur.

Bu ilin əvvəlində məhkəmə Trampın lehinə qərar verib və 6 yanvar 2021-ci ildə Kapitoli binasına hücumu dəstəklədiyi üçün prezidentliyə Respublikaçı namizədi Konstitusiyanın üsyan maddəsinə əsasən Kolorado seçki bülletenindən çıxaran qərarı ləğv edib.

Trampın vəkilləri hakimlərə bildiriblər ki, keçmiş prezident "rəsmi əməllərinə görə mühakimə olunmaqdan mütləq toxunulmazlığa malikdir".

Prokuror Cek Smit verdiyi açıqlamada hakimləri Trampın təqibdən toxunulmazlıq tələbini "heç bir insan qanundan üstün deyil" səbəbi ilə rədd etməyə çağırıb.

Ali Məhkəmənin toxunulmazlıq arqumentlərini indiyədək təxirə salması Trampın mart ayında başlaması planlaşdırılan məhkəmə prosesini təxirə salıb.

Ekspertlər deyirlər ki, hakimlər qərarı təxminən iyunun 1-nə kimi çıxarsa, Trampın məhkəməsi seçkidən əvvəl baş tuta bilər.

İyunun sonundan gec olmayaraq qərarın veriləcəyi gözlənilir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG