Accessibility links

Rasim Musabəyov: Ümumrusiya Azərbaycan Konqresi ləğv olunarsa, ikitərəfli münasibətlərə mənfi təsiri olacaq [Audio-müsahibə


Rasim Musabəyov
Rasim Musabəyov

Ümumrusiya Azərbaycan Konqresi ləğv edilə bilər

Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov Amerikanın Səsinə müsahibəsində Ümumrusiyada Azərbaycan Konqresinin ləğvi ilə bağlı bu ölkənin Ədliyyə Nazirliyinin Ali Məhkəməyə müraciətinin səbəblərindən danışıb.

Millət vəkili Rasim Musabəyovun Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:05:16 0:00

Amerikanın Səsi: Rusiya Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət edib. Bunun səbəblərini nə ilə izah etmək olar?

Yəni kimlərsə bəhanə edir ki, bizim o təşkilat səfirliklə sıx əlaqədə çalışır, Rusiyanın Azərbaycandakı icması da Rusiya səfirliyi ilə kifayət qədər sıx fəaliyyət göstərir.

Rasim Musabəyov: Çətinlik çəkirəm .Bu sualı birinci növbədə həmin Ədliyyə Nazirliyinə yönəltmək lazımdır. Bəhanələr var, düşünürəm ki, cürbəcür səbələr ortalıqda var. İndi ola bilsin ki, Rusiya qanunvericiliyində müəyyən dəyişikliklər olub. Dəyişikliklərə uyğun olaraq təşkilatın nizamnaməsində dəqiqləşdirmələr aparılmalıdır. Nizamnamədə dəyişiklik edilib ya ya edilməyib, mən buna dəqiq cavab verə bilmərəm. Ancaq, hər bir halda bu, heç də xoş münasibətin təzahürü deyil. Əsas odur ki, düşünürəm ki, Rusiyada da anlayırlar ki, siyasətdə qarşılıqlı prinsipi heç kəs ləğv etməyib. Yəni kimlərsə bəhanə edir ki, bizim o təşkilat səfirliklə sıx əlaqədə çalışır, Rusiyanın Azərbaycandakı icması da Rusiya səfirliyi ilə kifayət qədər sıx fəaliyyət göstərir. Və biz bunu qəbahət hesab etmirik. Hər bir halda bu baş verərsə, Ümumrusiya Azərbaycan Konqresi qəti ləğv olunarsa fərz edirəm ki, bunun ikitərəfli münasibətə mənfi təsiri olacaq. Ancaq, əslində təşkilatın fəaliyyətinin qarşısını almaq iqtidarında deyillər. Ona görə ki, indi olmayacaq rəsmi qeydiyyatı Azərbaycan təşkilatlarının bir koordinasiya şurası adı ilə öz fəaliyyətini davam etdirəcək.

Amerikanın Səsi: Azərbaycanın Diasporla İş Üzrə Dövlət Komitəsi Ümumrusiya Azərbaycan Konqresinin Rusiya qanunvericiliyinə uyğun fəaliyyət göstərdiyini bildirir və onun fəaliyyətinin ikitərəfli münasibətlərin, millətlərarası münasibətlərin inkişafına təkan verdiyini bildirir. Belə bir halda bunun ləğvinin siyasi tərəfləri ola bilərmi ?

Sadəcə olaraq Rusiyanın FSB-si bizim təşkilatı ləğv etmək istəyirsə, bu heç də ikitərəfli münasibətə xoş nəticə gətirən qərar olmayacaq.

Rasim Musabəyov: Təkrar edirəm, məhkəmədə bəlli olacaq, doğurdan da əsaslıdır, yoxsa yox. O iradları aradan götürmək üçün tərəflərin, belə deyək, xoş niyyətləri olduğu halda məsələ öz qanuni həllini tapa bilər. Əks halda, sadəcə olaraq Rusiyanın FSB-si (Federal Təhlükəsizlik Xidməti-red) fırlaya bilmir bizim təşkilatı və ona görə onu ləğv etmək istəyirsə, təkrar edirəm, bu heç də ikitərəfli münasibətə xoş nəticə gətirən qərar olmayacaq.

Amerikanın səsi: Ədliyyə Nazirliyinin Ali Məhkəməyə belə bir müraciətinin indiki vaxta təsadüf etməsi nə ilə bağlı ola bilər?

Rasim Musabəyov: Bunu mən bilmirəm. Bunu Diasporla İş Üzrə Dövlət Komitəsindən öyrənmək lazımdır. Elə bil ki, onların sözlərinə görə, onlar bir neçə dəfə bizim təşkilata iradlarını bildiriblər. Ancaq o iradlar aradan qaldırılmayıb. Belədi, belə deyil, onu təşkilatdan soruşmaq lazımdır.

Amerikanın səsi: Həmin Konqres Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev və Rusiyanın indiki prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaradılıb. Belə halda, yəni siyasi münasibətlərdə gərginlik halının olması ortaya çıxmırmı?

İndi Rusiya çalışır bütün öz əhatəsində olan təşkilatlatları tam özünə tabe etsin, inzibati orqanlara. Ola bilsin ki, bizim təşkilatı onlar istədiyi dərəcədə özlərinə tabe edə bilmirlər.

Rasim Musabəyov: Ümumi belə bir baxış göstərmir ki, gərginlik var. Ancaq təkrar edirəm indi Rusiya çalışır bütün öz əhatəsində olan təşkilatlatları tam özünə tabe etsin, inzibati orqanlara. Ola bilsin ki, bizim təşkilatı onlar istədiyi dərəcədə özlərinə tabe edə bilmirlər. Rusiyanın da orada əldəqayırma təşkilatı var, Rusiya Azərbaycan Federal Mədəni Avtanomiya (Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətii Təşkilatı-red ) adlı. İstisna etmirəm ki, öz təşkilatları üçün daha geniş meydan açmaq istəyirlər və özünün tam nəzarətində olmayan Ümumrusiya Azərbaycan Konqresinin işinə məhdudiyyət yaradıblar.

Amerikanın səsi: Rusiyanın da Azərbaycanda diaspor təşkilatları, o cümlədən bir neçə universitetinin filalı fəaliyyət göstərir. Azərbaycanda çoxsaylı rusdilli məktəblər var. Münasibətlər sistemindəki belə hərəkətlər Azərbaycanda da rus icması üçün problemlər yaranmasına şərait yarada bilərmi?

Rasim Musabəyov: Çox yanlış olardı. Biz o məktəbləri, universitetləri Rusiyanın xoşuna gəlmək üçün açmamışıq. Bu, birinci növbədə öz maraqlarımıza cavab verir. Ancaq, o ki qaldı icma ilə bağlı məsələyə, Rusiya icmasına doğma bir təşkilat kimi yanaşırıq. Düşünmürəm ki, indi hansısa bir Rusiyada yaramaz addım atıldığı halda biz bilavasitə götürüb rus icması üçün çətinliklər yaradaq?. İcmanın rəhbəri Azərbaycan parlamentinin üzvüdür. Əmin deyiləm ki, belə bir yanaşma qaldığı halda gələn seçkilərdə icmanın rəhbəri parlamentə deputat seçiləcək və o icmanın indi bu gün yüksək səviyyədə dəstəyi, komunikasiyası varsa adekvat şəkildə fərz edirəm ki, o yanaşmanın da birliyi aşağı düşəcək. Ancaq, heç də onun tərəfdarı deyiləm ki, durub kimsə Rusiyada Azərbaycan təşkilatına qarşı düzgün olmayan münasibət göstərir tutaq ki, rus icmasına hansısa məhdudiyyət yaradaq.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG