Accessibility links

Müğənni Niki Minaj özünü köləlikdən azadlıq uğrunda mübarizə aparan əfsanəvi fəal Harriyet Tubmanla müqayisə edir


Müğənni Niki Minaj özünü köləlikdən azadlıq uğrunda mübarizə aparan əfsanəvi fəal Harriyet Tabmanla müqayisə etdiyinə görə tənqid edilib.

Bazar ertəsi axşam MTV telekanalında yayımlanan MTV Video Musiqi Mükafatı şousunda iştirak edəcəyi barədə xəbəri tweeter-də paylaşdıqdan sonra 35 yaşlı repper kamerada “mən yeni Harriyet Tabmanam” deməsini çəkib.

Bir izləyici tweeter-də bunları yazıb “sənin albom satışını Harriyet Tabmanın azadlıq uğrunda mübarizəsi ilə müqayisə etmək ən axmaq şərhdir. Eyni ilə Kanye Vestin köləliyin seçim olduğunu deməsi kimi.”

Digər biri isə bunları yazıb - “Düşünmürəm ki, Birləşmiş Ştatlarda bugünkü gündə özünü Harriyet Tubmanla müqayisə etməyə layıq birisi olsun.”

Tabman 1822-ci ildə dünyaya kölə gəlib və sonra azadlığa çıxa bilib və təxminən 70 nəfər kölənin azad olmasına kömək edib.

Bundan sonrakı dövrlərdə Tabman qadınların hüquqları uğrunda mübarizə kampaniyasına kömək edib və 1913-cü ildə vəfat etməzdən əvvəl tarixdə ən məşhur afro-amerikalılardan biri kimi nüfuz qazanıb.

XS
SM
MD
LG