Accessibility links

Maykl Duqlasın şərəf alleyasında ulduzu yerə həkk olundu


Maykl Duqlas Kirk Duqlasın oğlu olmasından qürur duyduğunu deyir.

74 yaşlı aktyora Hollivudun şərəf alleyasında adına ulduz verilərkən 101 yaşlı atasına minnətdarlığını bildirərkən mütəəssirlənib.

Kirk Mayklın – “Mənim atam buradadır. Bir aydan sonra Kirkin 102 yaşı tamam olacaq” deməsini əlil arabasından izləyirdi.

“Ata, sənin bugünkü gündə burada olman mənim üçün olduqca dəyərlidir. Məsləhətlərinə, məni ruhlandırdığına görə sənə təşəkkür edirəm. Və mən sadəcə ürəkdən sənə sənin oğlun olmaqdan qürur duyuram deyirəm” – Maykl bildirib.

“Wall Street'” filminin ulduzu mərasimdə həyat yoldaşı Katerin Zeta-Cons və onun birinci həyat yoldaşı Diandradan olan 39 yaşlı oğlu Kameron da daxil olmaqla çox sayda ailə üzvü ilə iştirak edirdi və aktyor öz çıxışında bütün yaxınlarına minnətdarlığını bildirib.

Maykl film sənayesində özünün 50 illik fəaliyyətindən danışıb və onun bu ulduza layiq görülməsinin nəyə görə bu qədər vaxt almasına təəccübləndiyini etiraf edib.

XS
SM
MD
LG