Accessibility links

Bredli Kuper “Joker” filminin prodüsseri olacaq


Bu yaxınlarda “Ulduz Doğuldu” adlı filminin rejissoru olan 43 yaşlı aktyor “Joint Effort” film istehsal şirkəti ilə birgə səbirsizliklə gözlənilən “Joker” filminə prodüsserlik edəcək.

2019-cu ilin oktyabrında ekranlara çıxacağı gözlənilən və rejissor Todd Fillipsin çəkdiyi filmdə aktyor Hvoakin Fineks, Robert De Niro və Zazi Bitz çəkiləcək.

Bredlinin layihədə iştirak edəcəyi barədə xəbər Hollivud ulduzunun rejissor kimi debütunun böyük risk olduğunu deməsindən sonra açıqlanıb.

Bredli filmdə onun tərəf müqabili olan müğənni Ledi Qaqanın üzərinə həddindən artıq böyük məsuliyyət qoyduğunu etiraf edib.

“Lap əvvəldən mən bizim hər ikimizin nə qədər risk etdiyimizi aydın şəkildə başa düşür və buna görə narahat olurdum. Ona görə ki, bizim hər birimiz bunu ilk dəfə edirdik. Biz bilirdik ki, bu nə qədər çətin olacaq. Biz həqiqətən də biri-birimizə inanmalı idik. Ona görə ki, bu dərəcədə açıq-aydın riskə girmək vahiməli idi” , deyə Bredli Kuper etiraf edib.

XS
SM
MD
LG