Accessibility links

Rusiya və Belarusdan qaçan mühacirlər Litvaya sığınıb


Rusiya və Belarusdan qaçan mühacirlər Litvaya sığınıb
please wait

No media source currently available

0:00 0:02:49 0:00

Rusiya və Belarusdan qaçan mühacirlər Litvaya sığınıb

Putinin Ukraynada müharibəsinə qarşı çıxan yüz minlərlə rus Baltikyanı ölkələrdə sığınacaq tapıblar. Orada onlar Lukaşenkonun repressiyasından qaçan belaruslulara qoşulublar.

Noize MC ölkəsinin Ukraynaya qarşı təcavüzünə qarşı çıxan ən məşhur müasir rus musiqiçilərindən biridir. O, çox vaxt Kremli tənqid edən musiqisi səbəbilə repressiyada qaçmağa məcbur olub.

Və o, ailəsi birlikdə Litvaya sığınıb. Onlar üçün sistemdə radikal dəyişiklik olmadan yaxın gələcəkdə vətənlərinə geri dönmək bir seçim deyil.

“Putinizmin sonu. Söhbət təkcə Putinin özündən getmir, çünki Putinizm onun ölümündən sonra belə davam edə bilər. Hazırda onun ətrafında olan insanların heç biri mənə görə yaxşı deyil,” Noize MC deyir.

Putinin Rusiyasından qaçanlar Litvada Belarus diasporasına qoşulub. Onlar da 2020-ci il seçkilərindən sonra lider Aleksandr Lukaşenkonun repressiyasından qaçan insanlardır.

Belarus müxalifəti deyir ki, Lukaşenko qüvvələri 1400-dən çox siyasi məhbusu həbs edib.

Vlinüsda yaşayan lider Svetlana Tixanovskaya Amerikanın Səsinə deyib ki, o, Lukaşenkonun Ukraynaya qarşı müharibəyə qoşulacağından qorxur, çünki onun sözlərinə görə, bu, Belarus xalqının istəyinə ziddir.

“Bizim əsas məqsədimiz Belarus qoşunlarının Ukraynaya göndərilməsinin qarşısını almaqdır. Bilirsiniz, bizim əsgərlər ukraynalılara qarşı müharibə aparmaq istəmirlər. Biz ukraynalıları düşmənimiz kimi görmürük,” o deyib.

Vlinüsun Köhnə Teatrı müharibə başlayandan sonra adını dəyişib. Əvvəllər onun adı Vlinüs Rus Teatrı idi. Rusiyalı və belaruslu aktyorlar oraya sığınıb. Teat onlara öz dillərində işləmək imkanı verib. Amma bu da problemlidir, çünki teatr tamaşalarda rus dilindən istifadə etdiyinə görə kəskin tənqidlərə məruz qalıb.

Sürgün edilən insanlar bunu tamamilə başa düşdüklərini deyirlər.

“Mədəniyyət şəhərlərə raketlər atmamaq, teatrları dağıtmamaq, və ya 500 kiloqramlıq bombalarla bombalamamaqdır. Əgər bu hazırda insanlar arasında bu cür reaksiyaya səbəb olursa, mən onları tamamilə başa düşürəm,” tamaşanın rejissoru Andrius Darela deyib.

Müharibə başlayandan sonra Litva rəsmiləri Avropa İttifaqına turist vizasına sahib rusların ölkəyə girişini qadağan edib. Bununla belə, onlar qapılarının rus və belaruslu bütün siyasi qaçqınlara açıq olduğundan əmin olublar.

“Bu, mənəvi və siyasi görüşlərinə görə çətin vəziyyətdə olan insanları qəbul edən bir ölkədir. Bu belə olub, belədir və belə olacaq,” Litvanın Baş naziri İnqrida Simonite deyib.

Vilnüs Putin və Lukaşenkodan qaçan minlərlə insan üçün sığınacağa çevrilib. Amma hər kəsi maraqlandıran ən əsas sual bunun “nə qədər müddət” davam edəcəyidir.

XS
SM
MD
LG