Accessibility links

Rusiya Ukrayna dronlarının bir neçə bölgədə yanğınlara səbəb olduğunu deyir


Rusiya rəsmiləri çərşənbə günü Ukraynanın Rusiyanın qərb hissələrini hədəf alan dron hücumlarından sonra yanğınların olduğu barədə məlumat verib.

Smolensk bölgəsinin qubernatoru Vasili Anoxin Telegram-da deyib ki, yanğınlar Smolensk və Yatsevo rayonlarında baş verib, amma o, xəsarət alanlar barədə məlumat verməyib.

Rusiyanın cənub-qərbində Voronej regionunun qubernatoru deyib ki, vurulan dronun qalıqları bir evə dəyib və yanğına səbəb olub.

Rusiyanın müdafiə nazirliyi hava hücumundan müdafiə sistemlərinin Smolensk üzərində bir, Voronej üzərində isə iki dronu vurduğunu bildirib. Rusiya qüvvələri həmçinin Belqorod bölgəsi üzərində iki, Kursk üzərində üç dronu məhv edib. Bu iki region Ukrayna ilə sərhəd bölüşür.

Sərhədin digər tərəfində isə Xarkiv rəsmiləri çərşənbə günü Rusiyanın Xarkiv şəhərini raketlərlə vuraraq, ən azı altı nəfərin xəsarət almasına səbəb olduğunu bildirib.

Xarkivin qubernatoru Oleh Sınehubov deyib ki, raketlər üç yaşayış binasına və beş başqa binaya ziyan vurub.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG