Xanım Paşayeva bu gün Facebook səhifəsində yazıb ki, Somalidə bu gün Azərbaycanlı dostların dəstəyi ilə qurulan və minlərlə qaçqının sığındığı düşərgədə olub. “Xəstələrə baxdıq, ehtiyacı olanlara kömək edildi. Azərbaycan düşərgəsində artıq bir neçə aydır ki, Somalidə aclıqdan əziyyət çəkən minlərlə insana yemək verilir və acından ölənlərin sayı azalıb”.
Deputat bildirib ki, allah özü onlara kömək olsun. “Burda müsəlman uşaqlar bir tikə çörək, adi bir xəstəlikdən, həkim çatmadığına görə ölür. Onlara kömək göstərmək istəyənlərə müraciət edirəm, - insanlıq barədə düşünün... Kömək göstərən bütün dostlarıma təşəkkür edirəm”, - deyə xanım .Paşayeva qeyd edib.
Onun sözlərinə görə, bu gün 30 xəstəyə yardım edib. “Xəstələrin, xüsusilə xəstə uşaqların sayı həddindən artıq çoxdur. Hər gün yüzlərlə uşaq aclıq və xəstəliklərdən ölür”.
Deputat Paşayeva regionda həkimlərin olmadığın deyir. “Həkim dostlarımızdan kim gəlmək istəsə böyük savab iş görər. Burada həkimlərə çox böyük ehtiyac var”, - deyə o həkim həmkarlarına müraciət edib.