Accessibility links

Putin Krıma dəmir yolu körpüsünü açıb


Rusiya prezidenti Vladimir Putin bazar ertəsi günü Rusiyanın 2014-cü ildə Ukraynadan ilhaq etdiyi Krım yarımadasına çəkilən böyük dəmiryol körpüsünün açılışını edib.

Putin Avropanın ən uzun körpüsünün (19 km) açılışı üçün şəhər qatarına minib.

3,6 milyard dollarlıq layihə yük daşımalarının artırılması və turist axınının təşviq edilməsi ilə Rusiya və Krım arasındakı əlaqələrin gücləndirilməsi məqsədini daşıyır.

Putin inşaat işçilərini körpünün tamamlanması münasibətilə təbrik edərək, deyib: "Bu bizim iri miqyaslı infrastruktur layihələrini həyata keçirmək qabiliyyətimizi sübut etdi."

O bildirib ki, gələn il körpüdən 14 milyon sərnişin və təxminən 13 milyon ton yük daşınması gözlənilir.

Nəqliyyat naziri Yevgeni Ditrix bildirb ki, bazar ertəsi körpüdən sərnişin daşınması başlansa da, yük qatarları gələn ilin iyul ayından etibarən körpüdən keçməyə başlayacaq.

Rusiya Krımı 2014-cü ilin martında yarımadanın sakinlərinin Rusiya ilə birləşməyə səs verməsini əsas gətirərək ilhaq edibi. Moskvanın bu addımı geniş beynəlxalq etirazlara səbəb olub. ABŞ və Avropa İttifaqı bu addıma Rusiyaya qarşı sanksiyalarla cavab verib.

Ukrayna da öz ərazisi ilə Krıma tədarük daşınmalarının qarşısını alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG