Accessibility links

Pakistan və İran Əfqanıstandakı terror qruplaşmalarını "qlobal təhlükə" olaraq görür


Çərşənbə günü Pakistan və İran Əfqanıstanın terror təhlükəsinə qarşı birgə səyləri artıracaqlarına söz verib və Əfqanıstanın sərt-xətt Taliban hökumətini bütün əfqanları "əsas qərarların qəbulu" prosesinə cəlb etməyə çağırıb.

Əfqanıstanla uzun, mürəkkəb sərhədlər paylaşan iki qonşu ölkə bu sözləri İran prezidenti İbrahim Rəisinin Pakistana üç günlük səfəri zamanı yaydığı birgə bəyanatla çıxış etdikləri vaxt deyib.

Həm Tehran, həm də İslamabad 2021-ci ildə Taliban Kabildə hakimiyyəti ələ keçirdikdən sonra transmilli silahlı qrupların Əfqanıstan ziyarətgahlarından transsərhəd terror hücumlarını artırdığından şikayətlənir.

Bəyanatda "Əfqanıstanda terror təşkilatlarının mövcudluğunun regional və qlobal təhlükəsizliyə ciddi təhdid yaratdığını qeyd edərək, tərəflər terrorizmlə mübarizə və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyə, terrorizmə qarşı vahid cəbhənin inkişaf etdirilməsinə hazır olduqlarını təsdiqləyib" deyilib.

İslamabad iddia edir ki, qlobal miqyasda təyin edilmiş "Təhrik-i-Taliban Pakistan" (TTP) terror təşkilatına bağlı militantlar Əfqanıstan torpaqlarında sığınır və hətta Taliban administrasiyası tərəfindən Pakistan təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə ölümcül transsərhəd hücumlar həyata keçirməyə yardım edirlər.

İran hakimiyyəti son vaxtlar ölkə daxilində baş verən terror aktlarında İslam Dövlətinin Əfqanıstanda yerləşən regional filialı "İslam Dövləti-Xorasan"ı günahlandırıb.

Birgə bəyanatlarında Pakistan və İran bir daha Talibanın böhrandan əziyyət çəkən xalqını siyasi cəhətdən əhatəli hökumət olaraq idarə etmələrinin vacibliyini vurğulayıb.

"Əfqanıstanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşaraq, tərəflər əsas qərarların qəbulunda əfqanların bütün təbəqələrinin iştirakının artırılmasının bu ölkədə sülhün və sabitliyin möhkəmlənməsinə gətirib çıxaracağını inanır" - deyə, çərşənbə günü birgə bəyanatda qeyd olunub.

Taliban xarici militantlara sığınacaq və ya Əfqanıstan ərazisindən qonşu ölkələri təhdid etmələrinə icazə verdiyi ilə bağlı iddiaları rədd edir. Fundamentalist de-fakto hakimiyyət öz liderliklərini əhatəli bir quruluş kimi müdafiə edir və orada hər hansı islahat çağırışlarını Əfqanıstanın daxili işlərinə müdaxilə olaraq, rədd edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG