Accessibility links

Çinin etnik Huey müsəlmanları ABŞ-da sığınacaq axtarır


Çinin etnik Huey müsəlmanları ABŞ-da sığınacaq axtarır
please wait

No media source currently available

0:00 0:02:59 0:00

Çinin etnik Huey müsəlmanları ABŞ-da sığınacaq axtarır

ABŞ sərhəd patrul orqanları 2023-cü maliyyə ilində cənub sərhədini keçən 24 mindən çox Çin vətəndaşını saxlayıb ki, bu da əvvəlki illə müqayisədə 12 dəfə çoxdur. Onlardan bir çoxu sığınacaq axtarmağa gəlir ki, aralarında Çinin etnik Huey müsəlmanlarının kiçik bir qrupu da var.

Nyu-Yorkun Flaşinq məhəlləsinə bu yaxınlarda gələn Huey müsəlman miqrantları yerli iş adamı tərəfindən verilən halal şam yeməyinə toplaşır. Onlar ABŞ-ın cənub sərhədinə vizasız daxil olub və siyasi sığınacaq istəyib.

Çinin Huey icması əvvəllər ölkədə təqib olunan uyğur müsəlmanları ilə müqayisədə təqiblərə daha az məruz qalırdı. Lakin son miqrantların hekayələri dəyişikliklər olduğunu göstərir. Onlar Çindəki ailələrini mümkün qisasdan qorumaq üçün adlarının açıqlanmasını istəmir. Huey müsəlman miqrant: "Polis telefonunuzu, şəkillərinizi, mesajlarınızı, sosial medianızı yoxlayır. Əgər dinlə bağlı nəsə tapsalar, böyük probleminiz olur".

Bu adam deyir ki, onun və həyat yoldaşının İslam dininə itaət etdiyi aşkar etdikdən sonra evinə dövlət məmurları göndərilib. "Məsələn, səhər bəzi insanlar [mənim] evimə girib (nə etdiyimizi) yazır. Məni, həyat yoldaşımı və ailəmi izləyir. Kim (deyir) nə edir, hamısını yazırlar. Dörd beş dəfə mənim evimə gəldilər, evimdə (yatdılar). Evimizdə namaz qıla bilmərik" - deyə, Huey müsəlman miqrant bildirir.

Çin rəsmiləri təzyiqlə bağlı iddiaları rədd edir. Onlar Amerikanın Səsinə açıqlamasında "Çin hökuməti vətəndaşların dini azadlıqlarını qanuna uyğun olaraq qoruyur. Çindəki bütün etnik qruplar dini etiqad hüququndan qanuna uyğun istifadə edir. Çində "dinə müdaxilə" deyə bir şey yoxdur" deyib.

Lakin Çin üzrə ekspert, professor Devid Stroupun fikrincə, son on ildə Çində dini repressiyalar geniş xarakter alıb. Mançester Universitetindən David Stroup: "2014-cü ildən başlayaraq biz İslamın təhlükəsizliyinə qarşı addımlar görürük. Bu o deməkdir ki, hökumət dini təcrübəyə məhdudiyyətlər qoymaq üçün addımlar atır".

Stroup deyir ki, hökumətin dini ifadə üzərində nəzarəti son vaxtlar gücləndiyindən daha çox çinli müsəlman sığınacaq axtarır. "Beləliklə, xüsusilə 2023-cü ildə qeyri-qanuni üslubda tikildiyi hesab edilən təmir olunan məscidlə bağlı böyük qarşıdurma baş verdi. Yerli polislə insanlar arasında toqquşma oldu və bu, bir çox insanın daha çox repressiyalar olacağı qorxusuna səbəb oldu."

Flaşinqə gələn bu miqrantlar sıx məhəllələrdə yaşayır, paltar və yemək üçün cəmiyyətin dəstəyinə arxalanır. Amma onlar geridə qalanlar üçün narahatdır. Huey müsəlman miqrant: "Hazırda təkcə biz deyil, Çində İslama inanan bir çox insan da var (onlar repressiyalara görə doğma şəhərlərini tərk edir və daim hərəkətdədirlər). Biz ABŞ-a gəlmək şansı olan az sayda insanıq".

Onların sığınacaqla bağlı işlərinə baxılarkən, bu miqrantlar qorxmadan inanclarını yaşayır, özləri və ailələri üçün yeni həyat qurur.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG