Accessibility links

NATO-nun baş katibi: Alyansın nüvə silahlarının yerləşdirilməsi zonasını genişləndirmək planı yoxdur


NATO-nun baş katibi Yens Stoltenberq (solda), Britaniyanın baş naziri Rişi Sunak, Polşanın baş naziri Donald Task
NATO-nun baş katibi Yens Stoltenberq (solda), Britaniyanın baş naziri Rişi Sunak, Polşanın baş naziri Donald Task

NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə axşamı Varşavaya səfəri zamanı bildirib ki, Alyansın nüvə silahlarının yerləşdirilməsi zonasını genişləndirmək planı yoxdur.

Britaniyanın baş naziri Rişi Sunakla birgə keçirilən mətbuat konfransında Stoltenberq "heç bir NATO ölkəsinə əlavə nüvə silahı yerləşdirmək planları yoxdur" deyib.

Stoltenberq və Sunak Polşada Britaniya qoşunlarının yerləşdiyi yerə baş çəkib.

Britaniya hökumətinin başçısı digər məsələlərlə yanaşı bildirib ki, London müdafiə xərclərini ÜDM-un 2,5%-nə qədər artırmağı planlaşdırır ki, bu, hətta NATO rəhbərliyinin Qərb hərbi blokuna üzv dövlətlər üçün bəyan etdiyi müdafiə xərclərindən də çoxdur. Hətta Rişi Sunakın Polşaya səfərindən əvvəl Britaniya Nazirlər Kabineti ölkənin Ukraynaya bu günə qədər ən böyük yardım paketini - 500 milyon funt sterlinq məbləğində açıqlamışdı.

Ukrayna ilə həmsərhəd olan Polşa prezidenti Anjey Duda bu həftənin əvvəlində Nyu-Yorka səfərindən qısa müddət sonra deyib ki, Varşava NATO müttəfiqlərinin Polşa ərazisində nüvə silahı yerləşdirməsinə açıqdır. Duda şərhləri bazar ertəsi dərc olunan tabloid Fakt-a müsahibəsində verib.

"Əgər müttəfiqlərimizin NATO-nun şərq cinahının təhlükəsizliyini gücləndirmək üçün bizim ərazimizdə də nüvə mübadiləsi çərçivəsində nüvə silahı yerləşdirmək qərarı varsa, biz hazırıq" - deyə, Duda bildirib.

Polşanın baş naziri Donald Task Dudanın bu açıqlamasına cavab olaraq, ondan əlavə təfərrüatlar gözlədiyini qeyd edib. "Bu ideya tamamilə genişmiqyaslı və çox ciddidir. Mən prezidenti belə bir bəyanatla çıxış etməyə vadar edən bütün detalları bilməliyəm", Task bildirib.

Kreml Polşa prezidentinin sözlərini şərh edərkən bildirib ki, Amerika nüvə silahlarını Polşaya yerləşdirdikdə Rusiya hərbçiləri lazımi cavab tədbirləri görəcək.

"Əgər bu kimi planlar həyata keçirilərsə, hərbçilər, əlbəttə ki, vəziyyəti təhlil edəcək və istənilən halda bizim təhlükəsizliyimizi təmin etmək üçün lazım olan bütün tədbirləri görəcək" - deyə, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.

Rusiya Ukraynaya genişmiqyaslı təcavüzünə görə NATO ilə həddindən artıq gərginlik fonunda keçən il Belarusa taktiki nüvə raketləri yerləşdirib.

Polşa Ukrayna ordusunun Rusiya təcavüzünü dəf etməkdə Kyivin mühüm müttəfiqi hesab olunur. Varşava Ukraynanın müasir Qərb silahları ilə təmin edilməsinin güclü tərəfdarlarından biri olub və bir həmin silahları çox digər Avropa tərəfdaşları və NATO müttəfiqləri ilə birlikdə göndərib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG