Accessibility links

Aktyor Mark Ruffalo "I Know This Much Is True" adlı filmdə əkizlərin rolunu oynayacaq


Mark Ruffalo HBO televiziya kanalında yayımlanacaq yeni serialda əkizlər rolunu oynayacaq.

50 yaşlı aktyor Valli Lemin“I Know This Much Is True” adlı kitabına əsasən çəkilmiş altı hissədən ibarət şounun baş prodüsseri də olacaq. Və o bu layihəyə başlamağa səbirsizdir.

Rayan Merfinin HBO-da gedən “Normal Ürək” adlı filmindəki ifasına görə mükafat alan Mark tviterdə - “HBO komandası ilə bir daha işləmək sevindirici haldır! Sizin bu hekayəni görməyinizə səbirsizəm” yazıb.

“I Know This Much Is True” filmi 20-ci əsr Amerikada xəyanət, qurban və bağışlanma hekayəsində Tomas və Dominik Bördsey adlı əkizlərin həyatını işıqlandırı.

Mark Hulk obrazını oynadığı “Avengers” filminin dördüncü hissəsinin çəkilişləri ilə bərk məşğuldur və o bu yaxınlarda etiraf edib ki, o və onun tərəf-müqabillləri film yenidən çəkildiyindən onun necə bitəcəyini bilmir.

Mark "Biz heç sonda nə olacağını belə bilmirik. Biz sadəcə səhnələri yenidən çəkmirik. Biz filmi tamamlayırıq" deyə bildirib.

XS
SM
MD
LG