Accessibility links

Məşhurlar bayramı harada keçirir?


Məşhurların bayramı harada keçirdiklərini öyrənmək istəyənlər üçün xəbərimiz var.

Model Bella Hadid bayram mövsümünü Aspendə xizək sürməklə keçirib. Kolorado ştatının Rocky Mountains (Qayalı Dağlar) bölgəsindəki Aspen kurortu bayram mövsümü soba qarşısında oturmaq əvəzinə, daha fəal olmaq istəyənlər üçün ən əla yerdir.

İsveçli model Elsa Hask Milad bayramını ötən il Kosta Rikada keçirib. Bayram mövsümünü çimərlikdə, qızmar günəş altında keçirmək və məftunedici canlı təbiyyəti görmək istəyirsinizsə, Mərkəzi Amerikanın bu ölkəsi əla yerdir.

Amerikalı model Teylor Hill və onun model rəfiqəsi​ və​ Victoria`s Secret ulduzu Lili Aldric ötən il bayramı Havayda keçiriblər.

Bu ada Milad bayramında istirahət üçün gözəl yerdir. Burada hətta Santa Klaus belə qırmızı və ağ rəngdə geyim əvəzinə güllü Havay geyimindədir.

2017-ci ildə model Karli Kloss bayramı qeyd etmək üçün dostlarından ibarət böyük bir qrupla bərabər təyyarə ilə Peruya səyahət edib. Və əgər siz qeyri-ənənəvi bayram həvəskarısınızsa, zəngin mədəniyyətə malik bu Cənubi Amerika ölkəsinə səyahət etmək sizin üçün çox münasibdir.

Maldiv adaları 2016-cı ildə adalara səyahət edən Viktoriya Bekam, Deyvid Bekam və onların uşaqları Bruklin, Romeo, Kruz və Harper kimi çoxları üçün ən sevimli bayram məkanıdır. Maldiv adaları çimərlikləri, göy laqunaları və qayalıqları ilə zəngindir. Və imkanınız varsa, Milad bayramında səfər etmək üçün əla yerdir.

XS
SM
MD
LG