Accessibility links

Kristian Beyl Donald Trampın onun Batman superqəhrəmanı Brüs Veyn obrazı olduğunu düşündüyünü hesab edir


“Dark Knight Rises” filminin ulduzu 2011-ci ildə Tramp Qülləsində silsilə filmin səhnələrinin çəkilişində iştirak edirdi. Və aktyor hazırkı prezident Donald Trampla görüşünü xatırlayır və deyir ki, Tramp o zaman onun filmdə milyarder superqəhrəman obrazı ilə səhv saldığını deyir.

Variety jurnalına müsahibəsində aktyor zarafatla - “mən onunla bir dəfə görüşmüşəm. Biz Batman filmini Tramp Qülləsində çəkirdik və o məni ofisinə çağırdı. Məncə o, obrazını yaratdığım Brüs Veynin geyimində olduğumdan mənim Brüs Veyn olduğumu hesab edib. Beləliklə o mənimlə Brüs Veynlə olduğu kimi danışmağa başladı. Mən də özümü onunla Brüs Veyn kimi apardım. Bu, çox gülməli idi. O zaman mən onun nə zamansa ABŞ prezidentliyinə namizədliyini verəcəyi barədə düşündüyünü ağlıma belə gətirməzdim” deyib.

Beyl “Vice” adlı yeni siyasi komediya dramında sabiq vitse-prezident Dik Çeyninin rolunu ifa edir və aktyor rolu üçün çəkisini artırdığı barədə danışıb.

44 yaşlı aktyor 2004-cü ildə çəkilən “Machinist” filmi üçün 29 kiloqram çəkisini azaltması və bunun ardınca altı ay ərzində “Batman” filmində ilk rolu üçün 45 kiloqram çəkisini artıması da daxil olmaqla, keçmişdə ifa etdiyi rollar üçün görünüşünü tamamilə dəyişdirə bilməsi ilə tanınır.

XS
SM
MD
LG