Accessibility links

Köhnə Amerika mahnıları ifa etməsi ilə tanınan Leon Redboun vəfat edib


Folklor mahnılar və köhnə Amerika mahnıları ifa etməsi ilə tanınan amerikalı müğənni Leon Redbounun xatirəsi anılır.

Amerikalı müğənni Leon Redbon uzun sürən xəstəlikdən sonra vəfat edib.

Onun 69 yaşı olduğuna inanılır. Lakin onun veb səhifəsində yazılıb ki, musiqiçi 127 yaşında gitarası, sevimli şlyapası ilə əsl yoldaşı Roverin yanında dünyasını dəyişib.

Redboun daim utancaq, mənşəyi və keçmişi sirli olan bir musiqiçi idi.

Toronto Star qəzeti 1980-ci ildə Leon barəsində dərc etdiyi məqalədə onun 1960-cı illərdə Kiprdən ilk öncə Kanadaya köçdüyünü yazıb.

XS
SM
MD
LG