Accessibility links

Qəzza xəstəxanasının rəsmiləri İsrailin Rəfaha zərbəsi zamanı 5 nəfərin öldüyünü bildirib


İsrail ordusunun cümə axşamı bildirdiyinə görə, qüvvələri keçən sutka ərzində Qəzza zolağında 30-dan çox hədəfə havadan zərbələr endirib. Qəzza xəstəxanasının rəsmiləri isə İsrailin cənubundakı Rəfah şəhərinə endirdiyi zərbə nəticəsində azı 5 nəfərin öldüyünü bildirib.

İsrail Müdafiə Qüvvələri əsas hədəflərə HƏMAS-ın silah anbarı və Qəzzanın mərkəzində militantların İsrail qüvvələrinə raket zərbələri endirdiyi ərazilər daxildir.

Qəzzada döyüşlər ABŞ prezidenti Co Baydenin İsrailə hərbi xərclər də daxil olmaqla, 26,4 milyard dollar, Qəzzada isə mülki əhaliyə humanitar yardım üçün təxminən 1 milyard dolları nəzərdə tutan 95 milyard dollarlıq xarici yardım qanununu imzalamasından bir gün sonra davam edib.

BMT-nin Qəzzaya yardım üzrə yüksək vəzifəli rəsmisi çərşənbə günü BMT Təhlükəsizlik Şurasına bildirib ki, Birləşmiş Ştatlar və digər ölkələrin iştirakı ilə Qəzzada üzən liman və körpü tikintisi üçün hazırlıqlar davam edir.

Siqrid Kaaq BMT-nin həmin dəhlizdən yardımın paylanmasında mühüm rol oynaya biləcəyi parametrləri açıqladığını, lakin nə dəniz, nə də hava vasitəsilə çatdırılan yardımın yük maşınları karvanlarını əvəz edə bilməyəcəyini deyib.

O, "Qurudan marşrutlar ehtiyac duyulan təchizatın böyük hissəsini gətirməyin yeganə yoludur" deyə, bildirib.

Herş Qoldberq-Polin
Herş Qoldberq-Polin

HƏMAS çərşənbə günü oktyabrın 7-də İsrailə etdiyi terror hücumları zamanı girov götürülən təxminən 250 nəfər arasındakı israilli amerikalı girov Herş Qoldberq-Polini göstərən video yayımlayıb.

Videonu müstəqil şəkildə yoxlamaq mümkün olmasa da, ailəsi videonun ona aid olduğuna inandığını bildirib.

Təxminən üç dəqiqəlik videoda 24 yaşlı Qoldberq-Polin baş nazir Benyamin Netanyahu hökumətini onu və digər israilliləri oktyabrın 7-də müdafiə etmədiyinə görə tənqid edib. O, 200 gündən çox bir müddətdə onların azad edilməsi üçün irəli sürülən təklifləri rədd etdiyinə görə, Netanyahuya "ar olsun" deyib.

Videoda Qoldberq-Polin "yeraltı cəhənnəmdə" yaşadığını deyib və oğurlandığı "Nova" musiqi festivalına hücum zamanı qumbara partlayışından itirdiyi sol qolunu göstərib.

Onun saxlandığı müddət və bu həftə yəhudilərin Pasxa bayramı ilə bağlı başqa bir istinad videonun bu yaxınlarda çəkildiyini göstərir. ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel bildirib ki, Federal Təhqiqat Bürosu videonu araşdırır.

Forum

XS
SM
MD
LG