Accessibility links

İsrail Qəzza zolağına ehtiyat briqadaları yerləşdirir


İsrail ordusunun çərşənbə günü bildirdiyinə görə, Qəzza zolağına iki ehtiyat briqada diviziyası yerləşdirir. Bu, İsrailin cənubundakı Rəfah şəhərində qurudan hücuma hazırlaşdığı bir vaxta təsadüf edir.

Planlar haqqında əlavə təfərrüatlar təqdim etməyən hərbçilər briqadaların "müdafiə və taktiki missiyaları" yerinə yetirəcəyini deyib.

İsrail rəsmiləri deyiblər ki, HƏMAS silahlı qruplaşmasını məhv etmək məqsədinə çatmaq üçün Rəfaha hücum vacibdir.

Birləşmiş Ştatlar, Birləşmiş Millətlər Təşkilatı və digər ölkələr qurudan hücum planından narahat olduqlarını bildirərək, bunun Rəfaha humanitar fəlakət gətirə biləcəyini bildirib. Qəzza əhalisinin yarısından çoxu bu bölgədə sığınacaq tapıb. Bir çox insan döyüşlər və İsrailin evakuasiya əmrləri səbəbindən Qəzzanın digər bölgələrindən Rəfaha qaçıb.

İsrail ordusu çərşənbə günü bildirib ki, onun döyüş təyyarələri keçən gün ərzində Qəzzada 50-dən çox hədəfi vurub.

İsrail Hizbullah-ın raket dalğasına cavab olaraq, onun Livanın cənubundakı mövqelərinə də zərbələr endirib. Militant qrupun bildirdiyinə görə, raket zərbələri İsrailin zərbələri nəticəsində mülki əhalinin öldürülməsinə cavabdır.

Həm HƏMAS, həm də Hizbullah ABŞ tərəfindən terror təşkilatı elan edilib.

HƏMAS oktyabrın 7-də İsrailə hücum edərək, 1200-ə yaxın insanı öldürüb, 250 nəfəri girov götürüb. İsrailin dediyinə görə, militantlar hələ də 100-ə yaxın insanı və 30-dan çox cəsədin qalıqlarını saxlayır.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin HƏMAS-ı məhv etmək və qrupun gələcək hücumu həyata keçirə bilməməsini təmin etmək məqsədi daşıyan hərbi kampaniyası azı 34,183 fələstinlinin ölümünə və 77 mindən çoxunun yaralanmasına səbəb olub. Nazirlik mülki şəxslər və döyüşçülər arasında fərq qoymasa da, ölənlərin üçdə ikisini qadın və uşaq olduğunu bildirib.

Forum

XS
SM
MD
LG