Accessibility links

İsrailin hava hücumları zamanı Livandakı Hizbullah-ın döyüşçüləri öldürülüb


İsrail ordusunun cümə axşamı bildirdiyinə görə, ordu Qəzza zolağı boyunca HƏMAS döyüşçülərini və infrastrukturunu hədəf alan hava zərbələri endirib. İsrail eləcə də Livanın cənubunda həyata keçirdiyi hava hücumları zamanı Hizbullah-ın iki militantının öldürüldüyünü bildirib.

France-Press xəbər agentliyinin Hizbullah-a istinadən verdiyi məlumatda iki döyüşçünün İsrailin Kfar Kila bölgəsinə endirdiyi zərbə nəticəsində öldürüldüyü bildirilib.

İsrail çərşənbə günü Hizbullah-ın İsrailin şimalına hücumu nəticəsində 14 əsgərinin yaralandığını bəyan edib.

BMT Təhlükəsizlik Şurası Fələstin Muxtariyyətinə tamhüquqlu üzv statusunu tövsiyə edən qətnaməni səsə qoymağa hazırlaşır.

Təhlükəsizlik Şurası Fələstin Administrasiyasının müraciətini qəbul edərsə, BMT Baş Assambleyası üçdə iki səs çoxluğu ilə onu təsdiq edə bilər.

ABŞ-ın şuranın veto hüququna malik bir ölkəsi olduğu üçün Təhlükəsizlik Şurasında bu qətnamənin taleyi qeyri-müəyyəndir.

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild çərşənbə günü Cənubi Koreyaya səfəri zamanı deyib ki, Birləşmiş Ştatlar bu qətnaməni İsrail-Fələstin münaqişəsinin iki dövlətli həllinə nail olmaq yolunun bir hissəsi kimi görmür.

Xəbər agentliklərinin Qəzzanın aclıq astanasında olduğunu deməsinə baxmayaraq, ABŞ və İsrail bu ay yardım çatdırılmasının yaxşılaşdığını bildirir. İsrail ordusunun çərşənbə günü verdiyi məlumata görə, İsrailin humanitar yardımın daşınması üçün açılmasını təsdiqlədikdən sonra ilk dəfə ərzaq yük maşınları Qəzzanın Aşdod limanına daxil olub.

Qəzzada Səhiyyə Nazirliyi İsrailin hərbi əməliyyatlara başlayandan bəri təxminən 34 min fələstinlinin öldürüldüyünü bildirir. Nazirliyin dediyinə görə, ölənlərin üçdə ikisi qadın və uşaqlardır.

Forum

XS
SM
MD
LG