Accessibility links

"Biz müharibəyə gedirik, qardaş"


Əsgərlərin çoxu üçün bu, ilk missiyadır. Silah və sursatlarını toplayıb, yaxınlarına son zənglərini etdikdən sonra mobil telefonlarını söndürdülər. Bəziləri qan verdi.

Şimali Karolina ştatındakı Fort Braqq hərbi bazasında xidmət göstərən 600 gənc əsgər 3500 ABŞ desantçılarından ibarət dəstə ilə birlikdə Yaxın Şərqə yola düşdü. Küveyt onların çoxu üçün ilk dayanacaq olacaq. Onların son dayanacağı isə sonra bildiriləcək.

"Biz müharibəyə gedirik, qardaş" deyə, saçı qısa qırxılmış gənc əsgər gülümsəyərək, iki barmağını yuxarı qaldırdı. O, binanın qarşısındakı yük maşınlarına minməyə hazırlaşan onlarla əsgərin arasında dayanmışdı.

Prezident Donald Trampın əmri ilə İran ordusunun komandiri Qasım Süleymaninın öldürülməsindən bir neçə gün sonra Yaxın Şərqdə yeni qarşıdurma qorxuları artdığına görə, ABŞ Ordusunun əfsanəvi 82-ci Hərbi Hava Diviziyasının kişi və qadın əsgərləri 2010-cu il Haiti zəlzələsindən sonra bazanı ilk dəfə idi ki, tərk edirdi.

82-ci diviziyanın komandiri, general-mayor Ceyms Minqus bazar günü Feyettevill yaxınlığında bazanı tərk etməyə hazırlaşan kamuflyaj geyimindəki kişi və qadın hərbiçilərin düzüldüyü sıranın qarşısından keçərək, onlara yaxşı yol və uğurlar arzuladı.

Süleymaninin öldürülməsi Birləşmiş Ştatlarla İran arasında gərginliyi artırsa da, bunun qarşıdurma ilə nəticələnəcəyi məlum deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG