Accessibility links

Rəfah keçidi bağlı olsa da, bir şirkət Misirə keçmək üçün adambaşına minlərlə dollar istəyir


Rəfah keçidi bağlı olsa da, bir şirkət Misirə keçmək üçün adambaşına minlərlə dollar istəyir
please wait

No media source currently available

0:00 0:03:31 0:00

Oktyabr ayından, İsraillə HƏMAS arasında müharibə başlayandan bəri Misir Rəfah sərhəd keçid məntəqəsini Qəzzadan gələn əksər fələstinlilər üçün bağlı saxlayıb. Lakin bir şirkət Qəzzadan Misirə adambaşına minlərlə dollara səyahət təklif edir ki, bu da şirkətin qaçqınlardan qazanc əldə etməsində ittiham olunmasına səbəb olub.

Etimad Əbu Tahun Qəzzada baş verən dağıntıları televiziya xəbərlərində Qahirədəki evindən hər saat dəhşətlə izləyir.

Onun yeganə oğlu, 23 yaşlı Mömen Fələstin ərazisində qalıb. Qısa, keyfiyyətsiz video zəng onun hələ də sağ olduğunu təsdiqləyir.

Sağlamlıq problemləri ilə mübarizə aparan Etimad oğlunun oradan qaçması üçün kifayət qədər pul toplamağa çalışır. "Mən ona ölümdən qaçmağa yardım edəcəm. Qarşıda duran çətinlikləri həll edərkən o mənim dəstəyim olacaq".

Qəzzadan qaçmaq asan deyil. Misir qaçqınların ölkəni tərk etməsindən ehtiyat edərək, fələstinlilərin əksəriyyətinə Rəfah keçidini bağlayıb.

Lakin pul öz sözünü deyir. Oktyabr ayında İsrail-HƏMAS müharibəsi başlayandan bəri Misir "Hala" adlı tək bir səyahət agentliyinə Qəzzadan Misirə transsərhəd səyahətlər həyata keçirməyə icazə verib və bu, "koordinasiya" adlanır.

Şirkət Qahirədəki "Organi" şirkətinin ofisində yerləşir.

Onun qiymətlərinin müharibədən əvvəlkindən 14 dəfə artaraq, yetkinlər üçün 5 min ABŞ dollarına, uşaqlar üçün isə həmin məbləğin yarısına çatdığı bildirilir. Bu, əksər fələstinlilərin, xüsusən də müharibədə evlərini və dolanışıq üçün əsas vasitələrini itirmiş insanların imkanlarından çox yüksəkdir.

Bir çoxları ya dostlarından və ailə üzvlərindən maliyyə yardımı istəyib, ya da çarəsiz, yalvararaq, internetdə kraudfanding kampaniyalarına başlayıb.

Qahirədə yaşayan fələstinli tibb tələbəsi Məhəmməd Raid Qəzzadakı qaçqın düşərgəsindən çıxa bilmək üçün məcburi köçkün düşmüş altı ailə üzvü üçün maliyyə vəsaiti ayırır. "Əgər mən təhsilimi burada davam etdirmək və həyatımda uğur qazanmaq istəyirəmsə, bunu ailəmin üzündə və gözlərində görmək istəyirəm. Əgər onlar mənim yanımda olmasalar, bütün səylərim, gördüyüm bütün işlər əbəsdir" Məhəmməd Raid bildirir.

"Hala" Amerikanın Səsinin şərhlərlə bağlı sorğusuna cavab verməyib.

Ərəb İnsan Haqları Təşkilatının məlumatına görə, Qəzzadan Misirə keçən bütün keçidlərin 40%-i Qahirədə yerləşən bu agentliyin payına düşür. O, mənfəət əldə etməklə bağlı ittihamların diqqəti İsrailin addımlarından yayındırmaq cəhdi olduğunu deyir və Misirin Qəzzaya yardım səylərini tərifləyir. Ərəb İnsan Haqları Təşkilatından Məhəmməd Raid: "Biz bu cəmiyyətin və ölkənin iqtisadi çətinlikləri ilə mübarizə aparan, əhəmiyyətli dəstək vermək üçün göstərdiyi səylərini yüksək qiymətləndiririk."

Qahirədə siyasətin dəyişməsini tələb edən etirazlara baxmayaraq, Misir hökuməti Qəzza ilə Rəfah arasındakı keçidi açmaq fikrində olmadığını bildirir.

Pul bir yana qalsın, yeməyi və sığınacağı olmayan fələstinlilərin çoxu bu amansız müharibədən xilas olmaq üçün heç bir vasitə yoxdur.

Forum

XS
SM
MD
LG