Accessibility links

Bakıda ağacların kəsilməsinə qarşı etiraz aksiyası keçirilib


Nərimanov rayonunda ağacların kəsilməsinə sakinlər etiraz edir
Nərimanov rayonunda ağacların kəsilməsinə sakinlər etiraz edir

Bakının Nərimanov rayonundakı Fətəli xan Xoyski küçəsinin sakinləri küçə boyunca ağacların kəsilməsinə etiraz olaraq aksiya keçirib.

Sakinlər avtomobil yolunu bağlayıb, polislə qarşıdurma yaşanıb. Aksiya zamanı bir nəfər xəsarət alıb, əraziyə təcili tibbi yardım maşını gəlib.

Report agentliyinin xəbərinə görə, əraziyə əlavə polis qüvvələri də cəlb olunub. Sakinlərlə danışıq aparıldıqdan sonra yolda hərəkətin bərpa edildiyi bildirilir.

Ağacların kəsildiyi ərazidə tikinti aparılacağı bildirilir. “Beqnaft” hüquq şirkəti MMC-nin nümayəndəsi Ərşad Sərdarovun dediyinə görə, ağacların kəsilməsi qanuni olub:

“Ali Məhkəmə bizim xeyrimizə qərar çıxarıb. Tikintiyə başlamaqla bağlı sənədlərimiz də var. Amma qonşular tikintiyə icazə vermir. Ötən il bu məsələ ilə bağlı məhkəmələr davam etdiyindən işi dayandırmışdıq. İndi isə tikintiyə başlamaq istəyirik”, şirkət təmsilçisi deyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi də ağacların kəsilməsini şərh edib.

Nazirliyin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev ərazidə araşdırma apardığını bildirib.

“İlkin verilən məlumatlara görə, orda 12, 14, 16 diametrlik ağaclar, meyvə ağacları, tinglər kökündən çıxarılıb. Hələ dəqiq rəqəm müəyyənləşməyib. Amma bütün hallarda mövcud qaydalara uyğun sənədləşdiriləcək, aiddiyyatı üzrə polisə müraciət ediləcək ki, təqsirkar müəyyənləşsin. İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə əsasən inzibati araşdırma aparılacaq, təqsirkar müəyyənləşdiriləcək və onun barəsində qanunvericiliyə uyğun qaydada tədbir görüləcək”, nazirlik təmsilçisi deyib.

Ağacları kimlərin kəsdiyinin bəlli olmadığını bildirən R.Mirzəyev vurğulayıb ki, istənilən halda buna qarşı ölçü götürüləcək.

“Fakt odur ki, ağaclar çıxarılıb, tinglər məhv edilib, bu artıq inzibati qanun pozuntusudur. Bununla bağlı tədbir görüləcək”, nazirlik nümayəndəsi deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG