Accessibility links

Emin Abbasov: Vəkillərin müstəqilliyi ilə bağlı sistemli problemlər mövcuddur


Emin Abbasov: Vəkillərin müstəqilliyi ilə bağlı sistemli problemlər mövcuddur
please wait

No media source currently available

0:00 0:08:57 0:00

Emin Abbasov: Vəkillərin müstəqilliyi ilə bağlı sistemli problemlər mövcuddur

Hüquqşünasın Amerikanın Səsinə müsahibəsi

Hüquqşünas Emin Abbasov Amerikanın Səsinə müsahibəsində Azərbaycanda vəkillik sahəsində mövcud problemlərdən danışıb.

Amerikanın Səsi : Azərbaycanda vəkillik institutunun fəaliyyətini necə dəyərləndirərdiniz? Ölkədə insanların səmərəli və etibarlı hüquq müdafiə sistemi mövcuddurmu?

Çox təəssüf ki, bu gün Azərbaycanda vəkilliyin rolu sadəcə məhkəmə zalında fərdlərin müdafiəsi ilə məhdudlaşır.


Emin Abbasov: Hesab edirəm ki, Azərbaycanda bu gün vəkillik institutunun vəziyyəti heç də qənaətbəxş deyil. Belə ki, bu günki vəkilliyin vəziyyəti ilə bağlı bunları demək olar ki, vəkilliyin cəmiyyətdə həqiqi rolu ilə bağlı çox yanlış qavrama mövcuddur. Vəkilliyin rolu həm insanların hüquq və azadlığının təminatında, həm ölkədə hüququn aliliyinin təmin olunmasında, eyni zamanda, ədalətli məhkəmə araşdırmasının, ədalət mühakiməsinin təminində çox vacibdir. Çox təəssüf ki, bu gün Azərbaycanda vəkilliyin rolu sadəcə məhkəmə zalında fərdlərin müdafiəsi ilə məhdudlaşır. Vəkillərin digər hüquq və azadlıqları ilə bağlı, onların müstəqilliyi ilə bağlı çox ciddi və sistemli problemlər mövcuddur. Vəkillik instutunun əsas probləmlərindən biri kimi, - müstəqillik məsələsi ilə bağlı məsələ bir çox hallarda yanlış qavranılır. Yəni hesab edilir ki, vəkilin müstəqilliyi və vəkillik təminatı ilə bağlı məsələlər bir imtiyazdır, vəkillik üçün əlavə bir hüquq gətirməkdir. Halbuki bu belə deyil. Əslinədə, vəkilin müstəqilliyi vəkilin imtiyazı yox, vəkilin öhdəliyidir. Çünki hüquq müdafiəsi və hüquq xidmətləri müstəqil olmalıdır və dolayısı ilə vəkilin müstəqilliyi, müstəqil hüquq xidmətləri cəmiyyətin, fərdlərin hüququ, vəkil təsisatının da öhdəliyidir.

Amerikanın Səsi: Azərbaycanda vəkillik institutu Avropa standartlarına cavab veririmi?

Emin Abbasov: Avropa standartlarına müqayisəli şəkildə baxsaq, - istər BMT-nin vəkillərin rolu haqqında prinsiplərinə, istərsə Avropa danüfuzlu bir sıra hüquq peşə təşkilatlarına, misal üçün, Avropa Vəkillər Birlikləri və Hüquq Cəmiyyətləri Şurası, Beynəlxalq Vəkillər Assosasiyasının standartlarına və vəkillik peşəsi ilə bağlı prinsiplərinə baxsaq vəkilliyin cəmiyyətdə müstəqil ictimai təsisat kimi rolu ilə bağlı çox mühüm standartlar və prinsiplər mövcuddur. Bu prinsplər və standartlardan biri əsasən vəkil peşəsinə qəbulla bağlı ayrıseçkiliyin olmamasıdır. Eyni zamanda, vəkilin müstəqilliyi ilə bağlı çox mühüm təminatlar məhkəmə sistemi, prokurorluq orqanları ilə bir yerdə bərabər vasitələrə və təminatlara malik olmasıdır. Çox təəssüf ki bu standratlar fonunda vəkilliyin müstəqilliyi və hüquqlarıyla bağlı çox ciddi problemlər mövcuddur.

Amerikanın Səsi : Son illər bir sıra insan hüquqları sahəsində ixtisaslaşmış vekillər bu fəaliyyətdən uzaqlaşdırılıb? Bu qərarlar nə dərəcədə əsaslı olub?

Birbaşa intizam tədbirlərinin, şikayətlərin mətnindən və itthamdan aydın olur ki, bunlar sırf vəkillik fəaliyyəti ilə bağlıdır. Sırf vəkilliyin insan hüquqları və azadlıqları sahəsindəki fəaliyyətindəki rolunu hədəf almış bir əsaslardır.


Emin Abbasov: Bu yaxınlarda Vəkillər Kollegiysası tərəfindən 0insan hüquqları və azadlığları sahəsində, eyni zamanda siyasi hüquqlarla bağlı işlərdə müdafiəçi kimi çıxan vəkilləir vəkillikdən çıxarılıb, onlara qarşı intizam tədbirləri ilə bağlı müvafiq addımlar atılıb. Təbii ki, bu, ondan qaynaqlanır ki, müvfiq qurumların şikayəti əsasında intizam icraatları başlanılır. Bu icraatların bir çoxu Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. Eyni zamanda, yerli məhkəmələrdə də bu işlər davam edir. Vəkillərlə bağlı şikayətlərə, vəkilliyin cəzalandırılması ilə bağlı hallara baxdıqda əksər hallarda biz görürük ki, irəli sürülən ittihamlar və əsasların heç bir hüquqi əsası yoxdur. Birbaşa intizam tədbirlərinin, şikayətlərin mətnindən və itthamdan aydın olur ki, bunlar sırf vəkillik fəaliyyəti ilə bağlıdır. Sırf vəkilliyin insan hüquqları və azadlıqları sahəsindəki fəaliyyətindəki rolunu hədəf almış bir əsaslardır. Heç bir əsası olmayan ittihamlardır. Misal üçün Yalçın İmanov işini qeyd etmək istəyirəm. Həmin işdə vəkilliyin hüquqla əlaqəsi olmayan bir səbəblə müdafiə etdiyi şəxsin işgəncə faktını mətbuata açıqlaması ilə bağlı cəzalandırılması və vəkillikdən çıxarılması, təbii ki, bunun hüquqla heç bir əlaqəsi ola bilməz. Tam əksinə, vəkilliyin məhz rolu belə halları açıqlamaq və ədalət mühakimə sistemində müvafiq nöqsanları cəmiyyətlə bölüşməkdir.

Amerikanın Səsi: Vəkillərin hüquqlarının qorunması istiqamətində qanunvericilik bazasını və real vəziyyəti necə dəyərləndirərdiniz?

Biz görürük ki, əksər hallarda insan hüquqları və azadlıqları ilə bağlı fəal olan vəkillərin məhz vəkillikdən çıxarılması, yaxud digər intizam tədbirləri ilə cəzalandırılması hallarında fəal rolu məhz vəkil peşə birliyinin özü oynayır.


Emin Abbasov: Bu məsələdə də bir şeyi qeyd edim ki, vəkillərin müdafiəsi ilə bağlı "Vəkillik və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunu mövcuddur. Eyni zamanda, vəkillərin özünün könüllü birliyi olan Vəkillər Kollegiyası fəaliyyət göstərir və bu qurumun vəkillərin müdafiəsi ilə bağlı müvafiq hüquq və vəzifələri mövcuddur. Təəssüf ki, biz görürük ki, əksər hallarda insan hüquqları və azadlıqları ilə bağlı fəal olan vəkillərin məhz vəkillikdən çıxarılması, yaxud digər intizam tədbirləri ilə cəzalandırılması hallarında fəal rolu məhz vəkil peşə birliyinin özü oynayır. Halbuki vəkil peşə birliyindən gözlənilən odur ki, vəkilliyə təsir hallarında cəza tədbirləri həyata keçirmək yox, əksinə vəkilin yanında olmalıdır, vəkilin müdafiəsini təşkil etməlidir. Məsələn biz həm qanuna, həm də Vəkillər Kollegiyasının nizamlanmasına baxsaq görərik ki, Vəkillər Kollegiyası vəkillərin hüquq və maraqlarının qorunması və onların prosessual hüquqlarına dəstək olmaq üçün təsis edilir. Dolaysı ilə dövlət qurumları ilə, eyni zamanda, qeyri-dövlət qurumları ilə vəkillərin qarşılaşdıqları hər hansı təhdid, təzyiq hallarında Vəkillər Kollegiyası vəkilöərin müdafiəsində çox mühüm təsirli rol oynamalıdır. Təəssüf ki, biz bunu görə bilmirik. ​

Amerikanın Səsi: Ümumiyyətlə vəkillik və təmsilçilik sisteminin təkmilləşdirilməsini necə görürsünüz, alternativ vəkillər kollegiyaları yaradılması ideyasına münasibətiniz?

Halbuki bu faktlar bizdə tam əksinədir. Vəkillərin sayı olduqca azdır. Vəkilliyə qəbul olduqca çoxmərhələli və problematikdir.


Emin Abbasov: Əvvəlcə onu deyim ki, Azərbaycan Avropa Şurasına üzv ölkələr arasında əhali nisbəti üzrə vəkillərin sayıilə müqayisədə ən sonuncu yerlərdən birini tutur. Bundan başqa Azərbaycanda 2017-ci ilin sonunda qanunvericilik dəyişdi və məhkəmə təmsilçiliyi ancaq müstəsna olaraq Vəkillər Kollegiyasının üzvü olan vəkillərə tanındı. Ondan sonra Azərbaycanda artıq vəkil olmayan şəxslər təbii ki məhəkəmə təmsilçiliyini həyata keçirə bilmirlər. Bu konteksdə, hesab edirəm ki, Azərbaycanda müvafiq qanun dəyişikliyi çox yanlış və zərərli idi. Bununla bağlı mən tövsiyyə edərdim ki, bu vəziyyət dəyişdirilsin. Çünki adətən vəkilliyə qəbul və vəkilliyə imtahan prosesi əsasən o hallarda olur ki, burada müvafiq hüquq xidmətini artırmaq, eyni zamanda müəyyən ictimai zərurətlər ola bilir. Misal üçün həddindən artıq vəkil sayının çoxluğu. Halbuki bu faktlar bizdə tam əksinədir. Vəkillərin sayı olduqca azdır. Vəkilliyə qəbul olduqca çoxmərhələli və problematikdir. Digər bir məsələ alternativ vəkillər kollegiyası ilə bağlı məsələdir. Azərbaycanın "Vəkillik və vəkillərin fəaliyyəti haqqında" qanunda alternativ vəkillik institutunun təsis olunması tanınmır. Lakin qanun vəkillərə bir neçə digər vəkillərlə birlikdə özlərinin birliklərini və assosiasiyalarını yaratmasına imkan verir. Dolaysıyla, hesab edirəm ki, Azərbaycanda Vəkillər İnstitutu yaradılmalıdır. Qanun buna birbaşa qadağa qoymur. Sadəcə qanunda müvafiq dəyişikliklər olarsa Azərbaycanın digər böyük şəhərlərdə müvafiq regionlarında müvafiq vəkil təsisatları yaradıla bilər. Bu vəkillik institutunun müstəqilliyinin artırılmasına, işinin keyfiyyətinin artırılmasına və vəkillik institutları arasında rəqabət vasitəsilə hüquq xidmətinin keyfiyyətinin artmasına gətirib çıxara bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG