Accessibility links

Emili Blant “Mary Poppins Returns” filmində rəqs səhnəsində çətinliklə üzləşir


Aktrisa Emili Blant “Mary Poppins Returns” filmində rəqs səhnəsində çətinliklə üzləşir.

35 yaşlı aktrisa etiraf edib ki, Disneyin 1964-cü ildə çəkilmiş klassik “Mary Poppins” filminin yeni versiyasında baş rolu ifa etməsi onun üçün çox çətindir.

Və filmdə ifasından qürur duyması ilə yanaşı aktrisa etiraf edib ki, heç kim filmin original versiyasında eyni rolu ifa edən aktrisa Demi Culi Andrüsdən yaxşı ola bilməz.

Ondan bu rolda ən çətin səhnənin hansı olduğu soruşulduqda, Emili “yəqin ki, rəqs səhnəsi. Mən bu rola digər rollar kimi yanaşmağa çalışıram. Mən bu filmin original versiyasına uşaq ikən baxmışam. Bilirsiniz, heç kim bu rolu Culi Andrüsdan yaxşı oynaya bilməz. Bu film sadəcə mənim versiyamda Culini xatırladan bir film olacaq. Bəli, rəqs səhnəsi mənim üçün ən çətin səhnədir.”

Emili Blant hər kəs tərəfindən sevilən və ikonik bir obrazı yaratmağın çox sürialist olduğunu da etiraf edib.

XS
SM
MD
LG