Accessibility links

Aktyor Eddi Merfi 10-cu dəfə ata olur


57 yaşlı aktyor və onun sevgilisi Peyc Buçer ikinci övladlarını və Edinin ümumilikdə 10-cu övladını dünyaya gətirib. Peyc oğlan uşağı dünyaya gətirib.

E! News-a istinadən cütlük uşağa Maks Çarlis Merfi adını verib. Körpənin çəkisi 2.77 kq və boyu 48 smdi.

Eddinin nümayəndəsi ana və oğulun hər ikisinin səhhətinin yaxşı olduğunu deyir.

Eddi Merfinin 2006-cı ildə, 22 il evlilikdən sonra ayrıldığı keçmiş həyat yoldaşı Nikol Merfi ilə artıq beş uşağı var.

Bundan başqa onun Paulett Maknilidən 29 yaşlı oğlu, Tamara Huddan Kristian adlı oğlu və Spice Girls qrupunun üzvü Mel B-dən Encil adlı 11 yaşlı qızı var.

Və bundan bir qədər əvvəl Eddi uşaqlarının biri-birindən tamamilə fərqləndiyini deyib.

XS
SM
MD
LG