Accessibility links

Baydenin Ukrayna, İsrail və Tayvana yardım paketini imzalayacağı gözlənilir


ABŞ prezidenti Co Bayden çərşənbə axşamı Senatın təsdiqindən sonra Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq yardımı nəzərdə tutan qanun layihəsini çərşənbə günü imzalayacağını bildirib.

Senatda 79 lehinə, 18 əlehinə səsvermə bir neçə ay gecikmədən sonra keçirilib. Belə ki, Senat daha öncə oxşar layihəni qəbul etsə də, xaricə yardım göndərilməsi əvəzinə daxildə təhlükəsizlik prioritetləri ilə bağlı fikir ayrılıqları fonunda Nümayəndələr Palatasındakı liderlər səsvermədən imtina etməsi səbəbindən baş verib.

Nümayəndələr Palatası etirazları aradan qaldırmaq üçün Konqres liderləri ilə aparılan danışıqlardan sonra qanun layihəsini şənbə günü 311 lehinə, 112 əlehinə səslə təsdiqləyib.

Ukraynanın Rusiyanın işğalına qarşı mübarizəsi əsas diqqət mərkəzindədir və qanun layihəsinə buna 61 milyard dollar ayrılıb.

Qanun layihəsi həmçinin Qəzza zolağında HƏMAS militantları ilə mübarizə aparan İsrailə 26 milyard dollar və Çinin Tayvanı və Hind-Sakit Okean regionundakı müttəfiqlərini təhdid edən addımlarına qarşı mübarizə üçün 8 milyard dolları da əhatə edir.

Bayden Senatda səsvermədən qısa müddət sonra verdiyi açıqlamada bildirib ki, ABŞ bu həftə Ukraynaya silah və hərbi texnika göndərməyə başlaya bilər.

Bayden "Bu çox vacib qanun HƏMAS kimi terrorçular və [Rusiya prezidenti Vladimir] Putin kimi tiranlara qarşı özlərini müdafiə edən dostlarımızı dəstəkləyəcək, ölkəmizi və dünyamızı daha təhlükəsiz edəcək" deyib.

Ukrayna prezidenti Volodimir Zelenski müttəfiqlərini ordusunun Rusiya qüvvələrinə qarşı mübarizə aparması, xüsusən də hər gün raket və pilotsuz təyyarələrin hücumlarına məruz qalan Ukrayna şəhərlərinin qorunması üçün daha çox yardım göstərməyə çağırıb.

Zelenski Senatın təsdiqindən sonra Baydenə, Senatın çoxluq lideri Çak Şumerə və Senatda azlıqların lideri Mitç Makkonnelə təşəkkür edərək, səsvermənin "Amerikanı demokratiyanın çırağı və azad dünyanın lideri rolunu gücləndirdiyini" deyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG