Accessibility links

Babək Çələbiyanlı: Traktor bizim qürur qaynağımız, milli simvolumuzdur


Babək Çələbiyanlı ilə müsahibə
please wait

No media source currently available

0:00 0:08:36 0:00

Babək Çələbiyanlı ilə müsahibə

Təbrizin “Traktor Sazi” klubu Asiya Çempionlar Liqasının səkkizdə bir final mərhələsinə vəsiqə qazanıb. Komanda bu qələbəsi ilə səkkizdə bir finala vəsiqə ilə yanaşı, həm də qrup liderliyini özünə təmin edib. Lakin Traktor komandasının uğurları azərbaycanlılar üçün təkcə böyük futbol deyil, bundan daha geniş məna kəsb edir. Çoxları üçün stadionda yaşanan həyəcan futbol dünyasının hüdudlarından çox-çox kənara çıxır. Güneyli fəal Babək Çələbiyanlı Amerikanın Səsinin “Amerika icmalı” proqramında Traktor komandasının qələbəsi və azərbaycanlıların komandanın uğurlarına münasibətindən danışıb.

“Traktor azərbaycanlıların qürur qaynağı, milli simvoluna çevrilib. Ona görə də Traktorun bütün oyunları bizim üçün bir yarışdır və komandanın qələbəsi istər qüzey, istər güney daxil bütün azərbaycanlıları sevindirir.”-deyə Babək Çələbiyanlı bildirib.

Güneyli fəal deyib ki, təbrizlilər xüsusilə də Traktorun oyunlarının Təbrizdə keçirilməsini arzulayır: “Ona görə ki Trakturu biz milləmitizin səsi kimi bilirik. Orada İranın basqılarına rağmən öz şüarlarımızı, istəklərimizi və tələblərimizi səsləndirə bilirik.”

Babək Çələbiyanlının sözlərinə görə Babək qalasına keçirilən ənənəvi illik yürüşlərin dövlət tərəfindən qarısının alınmasından sonra güneylil gənclər öz istəklərini və tələblərini səsləndirmək üçün Traktorun matçlarından istifadə etməyə başlayıb. “Milli fəallar və Traktorun azarkeşləri Traktorun matçlarına gedərək orada milli istəklərimizi dilə gətirdilər. Bilirsiniz ki, İran təhlükəsizlik qüvvələri o qədər risk edib müdaxilə edə bilmirlər. İrada 50-60 min, bəzən də 70 min insan olur. Onlar azərbaycanlıların milli haqları, məsələn, Ana dili ilə bağlı istəkləri, siyasi fəalların azadlıqları və azərbaycanlıların gündəmində olan məsələləri dilə gətirirlər.”

Babək Çələbiyanlı bu ayın əvvəli Dağlıq Qarabağda cəbhə xəttində gərginliklərdən sonra Traktor komandasının oyununda güneyli gənclərin Azərbayacana nümayiş etdirdiyi dəstək haqda danışıb. “Bilirsiniz, Qarabağın bizim üçün başqa bir mənası var. Azərbaycan milli hərəkatının tarixi də Qarabağ olayları ilə başladı. 1990-cı illərdə orada savaş başlayanda İran İslam inqilabından sonra demək olar birinci aksiya Qarabağla bağlı Təbrizdə başladı. Sonra da Tehranda oldu və ona görə də bu, bizim olduqca əhəmiyyətlidir. Həm Güney Azərbaycanda milli hərəkatın başlanması acısından, həm də ki biz Qarabağı torpağımızın bir parçası bilirik. Sadəcə bu Traktorun oyunlarında deyil, Qarabağ məsələsi bütün azərbaycanlıların məsələsidir. Bir hər zaman Qarabağ məsələsini istər Traktorun oyunlarında, istərsə də başqa yerlərdə dilə gətirmişik və bundan sonra dilə gətirəcəyik. Əlbəttə ki Traktor demək olar azərbaycanlıların bir tribunasına çevrilib. Orada kütləvi şəkildə Azərbaycanın gündəmində olan məsələləri dilə gətirə bilirlər. Bizim arzumuz odur ki, Qarabağ tezliklə azad olsun və bunun üçün əlimizdən gələn maddi və mənəvi, bütün güneylilərin arzusu budur ki, kömək eləsinlər. Hətta orada lazım olsa savaşmağa şəxsən özüm və Azərbaycan sevdası ürəyində olan bütün insanlar hazırdırlar ki öz vətənimizi işğaldan azad etmək üçün orada olsunlar. Bir mesaj verdik ki, qüzeyli qardaş-bacılarımıza ki siz tək deyilsiniz, nə qədər düşmən çox da olsa, 30 milyon güney azərbaycanlılar sizin yanınızdadır. İnşallah bir gün tezliklə Qarabağımızı azad edək və orada olan qaçqınlar və köçkünlər dönsünlər öz yerlərinə.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG