Accessibility links

Aİ xüsusi nümayəndəsi: Hərbi əməliyyatlar bərpa edilsə, hamı uduzacaq[Video]


Aİ xüsusi nümayəndəsi: Hərbi əməliyyatlar bərpa edilsə, hamı uduzacaq
please wait

No media source currently available

0:00 0:02:02 0:00

Aİ xüsusi nümayəndəsi: Hərbi əməliyyatlar bərpa edilsə, hamı uduzacaq

Herbert Zalber “Məcburi köçkünlərin yeni mənzilləri və qayıdış ümidləri” hesabatının təqdimatında çıxış edib

Humanitar Tədqiqatlar Cəmiyyəti məcburi köçkünlərin yeni qəsəbələrə köçürülməsi proseslərini əhatə edən hesabatını təqdim edib. Hesabat Humanitar Tədqiqatlar Cəmiyyətinin icra etdiyi və AvropA İttifaqının maliyyə və Barışıq Resursları Təşkilatının dəstəyi ilə reallaşdırılan “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması yolunda Avropa Tərəfdaşlığı (ERNK)” layihəsi çərçivəsində hazırlanıb. “Yeni mənzillər və qayıdış ümidləri” adlı hesabat yeni qəsəbələrə köçürülmüş məcburi köçkün icmaları arasında keçirilən sorğulara əsasən tərtib olunub.

Sənədin təqdimatında hökumətin, beynalxalq təşkilatların, QHT-lərin təmsilçiləri, jurnalistlər və məcburi köçkün icmalarının nümayəndələri iştirak edib.

Tədbirdə Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, səfir Herbert Zalber giriş sözü ilə çıxış edib və çoxsaylı suallara cavab verib.

Zalber vasitəçilərin və münaqişə tərəflərinin çoxillik səylərinin münaqişənin həllində irəliləyişə gətirib çıxarmaması ilə bağlı təəssüfünü bildirib. Bu zaman Zalber təmas xəttində gərginliyin bitməməsi və “demək olar ki, hər gün insanların həlak olması” ilə bağlı narahatlığını ifadə edib.

Humanitar Tədqiqatlar Cəmiyyəti
Humanitar Tədqiqatlar Cəmiyyəti

Qarşılıqlı güzəştlər olmasa münaqişənin həlli, çətin ki, mümkün olsun və barışıq yollarının axtarışı üçün Ermənistanda, Azərbaycanda və Qarabağda vətəndaş cəmiyyətlərinin işini davam etdirmək lazımdır.

“Son nəticədə münaqişənin həlli sıravi vətəndaşlardan asılı olacaq. Hələlik isə biz tənzimlənmə haqqında danışa bilmərik”, deyə Zalber qeyd edib.

Avropa İttifaqının mövqeyinə gəlincə, Brüssel Minsk Qrupunun səylərini dəstəkləyir və bu prosesdə baş rolu oynaya bilməz. Minsk Qrupunun strukturunun dəyişdirilməsi və ya tənzimləmə üçün digər vasitəçilərin cəlb edilməsi, çətin ki, mümkündür.

“Minsk Qrupunun həmsədrləri 20 ildən çoxdur bununla məşğuldurlar, onlar bu müddət ərzində təcrübə qazanıblar və müxtəlif təkliflər hazırlayıblar. Bunlardan imtina edib, hər şeyə sıfırdan başlamaq, çətin ki, mümkün və səmərəli olsun”, deyə Zalber qeyd edib.

Aİ-nin roluna gəlincə, Brüssel münaqişə tərəfləri arasında etimad tədbirlərinin və əlaqələrin möhkəmlənməsinə yönəlmiş layihələri və tədbirləri dəstəkləməyə hazırdır. Razılıq əldə edilərsə, Aİ hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması üçün vəsait ayıracaq, deyə o bildirib.

Qaçqınlarla bağlı vəziyyətə toxunan Avropa İttifaqının nümayəndəsi qeyd edib ki, hazırki səfəri zamanı qaçqınların durumu ilə tanış olub və onlarla görüşüb, mövcud problemlər haqqında danışmağa hazırdır.

“Kompromisslərə hazır olmaq lazımdır, amma biz hələlik bunu görmürük. Biz münaqişəni onun iştirakçılarının yerinə həll edə bilmərik”, deyə o bildirib.

Zalber həmçinin Qarabağ münaqişəsinin digər münaqişələrlə müqayisə edilməsini yanlış sayır və Avropanın Ukrayna və Qarabağda vəziyyətlə bağlı rolunun və hərəkətlərinin müqayisə edilməsinə qarşıdır.

Münaqişələrdən hər birinin öz tarixi və kökləri var. Onları müqayisə etmək səmərəli deyil. Bundan başqa, hər bir halda bu və ya digər dövlətlərin geosiyasi maraqları var.

Xüsusən, Zalber Rusiyanın Ukraynadakı hərəkətlərinə görə ona qarşı tətbiq edilmiş sanksiyaların Ermənistana qarşı tətbiq edilə biləcəyinə şübhə etdiyini deyib.

Münaqişənin hərbi yolla həlli haqqında suala cavabda Zalber bildirib ki, bu, həddindən artıq risklidir və hərbi əməliyyatlar bərpa edilərsə, “hamı uduzacaq”. Müharibənin bərpa edilməsinin nəticələrini təxmin etmək mümkün deyil, deyə Avropa İttifaqının nümayəndəsi bildirib.

Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov isə hesabatın təqdimatında bildirib ki, məcburi köçkünlərin yeni tikilmiş qəsəbələrə köçürülməsi 2004-cü ildən başlayıb və hazırda da bu proses davam edir. Yeni qəsəbələrə köçürülmə köçkünlərin sosial həyat şəratinin yaxşılaşmasında mühüm rol oynayır.

“Əvvəlki dövrdə məcburi köçkünlərin məskunlaşma coğrafiyası barədə statistik məlumat əldə etmək mümkün olmayıb. 2006-cı ilin statistikasına görə, məcburi köçürünlərin 230 min nəfəri yataqxanalarda, 41 000 nəfəri çadır şəhərciklərində, 28 000 nəfəri taxtadan hazırlanmış “fin” evlərində, 58 000 nəfəri dəmir yol üzərindəki vaqonlarda yaşayıb. Eyni zamanda, 200 min məcburu köçkün qohumlarının evlərində və ya sonradan özlərinin tikdiyi evlərdə yaşayır”.

Onun sözlərinə görə, son 20 il ərzində dövlət büdəcisindən və beynəlxalq təşkilatlar ilə əməkdaşlıq nəticəsində məcburi köçkünlərin problemlərinin həlli üçün 5,5 milyard manat həcmində maliyyə vəsaiti xərclənib. İndiyədək 70-dək yeni qəsəbələrə 200 mindən çox məcburi köçkün köçürülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG