Birləşmiş Ştatlar avqustun 12-də REAL Hərəkatının icra katibi Natiq Cəfərlinin həbsindən narahatdır.
Bu fəallar demokratik dünyəvi müxalifət üzvləridir, lakin hökumət bu həbslərdən bəzilərinə bəraət qazandırmaq üçün onların müsəlman din xadimi Fətullah Gülənlə əlaqəsi olduğunu iddia edir.
ABŞ həmçinin başqa fəalların həbsi ilə bağlı narahatlıq ifadə edir. Bu fəallar demokratik dünyəvi müxalifət üzvləridir, lakin hökumət bu həbslərdən bəzilərinə bəraət qazandırmaq üçün onların müsəlman din xadimi Fətullah Gülənlə əlaqəsi olduğunu iddia edir.
Həbslər bu yaxınlarda keçiriləcək milli referendumdan öncəyə təsadüf edir. Konstitusiyada dəyişikliklər prezidenlik müddətinin beş ildən yeddi ilə qədər uzadılmasını və seçkili yolla deyil, təyinatla birinci vitse-prezident və vitse-prezident kimi yeni postların təsis edilməsini nəzərdə tutur. Başqa dəyişikliklər qeyri-konkret terminologiya ilə bir sıra fundamental azadlıqların məhdudlaşdırılmasına xidmət edir.
Birləşmiş Ştatlar Azərbaycan hökumətini konstitusiyaya dəyişiklikləri Venesiya Kommissiyası və ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna təqdim etməyə çağırır.
Birləşmiş Ştatlar Azərbaycan hökumətini konstitusiyaya dəyişiklikləri Venesiya Kommissiyası və ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna təqdim etməyə çağırır.
BMT-nin Arbitrar Saxlanmalar üzrə İşçi Qrupu may ayında Azərbaycana səfər edib. Onların açıqladığı bəyanatda deyilir ki, hökumət "insan hüquqları müdafiəçiləri, jurnalistləri, siyasi və dini liderləri onların fundamental hüquqlar və azadlıqlarından istifadə etməsinin qarşısını almaq və susdurulması üçün cinayət və inzibati ittihamlarla saxlamaqda davam edir."
Dövlət departamentinin sözçüsü Mark Toner bildirib ki, ABŞ hökuməti "sentyabr ayının 26-da keçirilməsi nəzərdə tutulmuş konstitusiyada dəyişikliklə bağlı referendum öncəsi Azərbaycan hökumətini həbs olunanları azad etməyə, insan haqlarına, ifadə və toplaşma azadlığına hörmət göstərməyə çağırır."