Accessibility links

Birləşmiş Ştatlar Ukraynaya ATACMS - uzaqmənzilli taktiki ballistik raketlər verib


ABŞ Ordusunun əsgərləri Ordu Taktiki Raket Sisteminin ilkin versiyalarının sınaqlarını keçirir, Nyu Meksiko, 14 dekabr 2021-ci il. (John Hamilton/U.S. Army via AP)
ABŞ Ordusunun əsgərləri Ordu Taktiki Raket Sisteminin ilkin versiyalarının sınaqlarını keçirir, Nyu Meksiko, 14 dekabr 2021-ci il. (John Hamilton/U.S. Army via AP)

ABŞ Müdafiə Nazirliyinin sözçüsü, mayor Çarli Dits Amerikanın Səsinə bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya ATACMS kimi tanınan uzaqmənzilli taktiki ballistik raketlər verib.

Ballistik raketlər 300 kilometrə qədər uçuş məsafəsinə malikdir ki, bu da Ukrayna raketlərindən az qala iki dəfə çoxdur.

"Raketlər ABŞ-ın martın ortalarında Kyivə verdiyi $300 milyon dollarlıq hərbi yardım paketinin bir hissəsi olaraq Ukraynaya göndərilib", Dits deyib. O, son yardım paketində daha çox ATACMS-in göndərilib-göndərilməyəcəyini təsdiqləməyib.

İki ABŞ rəsmisi Amerikanın Səsinə Ukraynanın çərşənbə axşamı gecə ATACMS-dən istifadə etdiyini təsdiqləyib. Digər KİV-lər bu silahlardan ilk dəfə keçən həftə qeyri-qanuni ilhaq edilmiş Krım yarımadasındakı Rusiya hədəflərində istifadə edildiyini yazır.

“Biz o zaman onların xahişi ilə Ukraynanın əməliyyat təhlükəsizliyini qorumaq üçün Ukraynaya bu yeni silahlar verdiyimizi elan etməmişdik” - deyə, yüksək rütbəli administrasiya rəsmisi bildirib.

İki məmurun sözlərinə görə, ABŞ bu ilin əvvəlində ATACMS-in daha yeni versiyasını öz ehtiyatlarına əlavə edib. Onlar ABŞ ehtiyatlarına köçürüldükdən sonra hərbçilər Ukraynaya uzaqmənzilli raketlərinin bəzi köhnə versiyasını göndərə biliblər.

Administrasiyanın yüksək səviyyəli rəsmisi Amerikanın Səsinə bildirib ki, prezident Co Bayden komandasına Rusiyanın Şimali Koreyadan Ukraynaya qarşı ballistik raketlər almasından və istifadəsindən sonra bu addımı atmağa göstəriş verib.

"ATACMS Ukraynaya Rusiyanı işğal olunmuş Ukrayna ərazisinin istənilən yerində sığınacaqdan məhrum etməyə kömək edəcək", rəsmi qeyd edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG