Accessibility links

Xocalı rayonunda 6 nəfərə aid olduğu ehtimal olunan sümük fraqmentləri aşkar edilib


Xocalı faciəsi (Arxiv foto)
Xocalı faciəsi (Arxiv foto)

Aprelin 24-də işğaldan azad edilmiş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində qazıntı işləri aparılarkən ən azı 6 nəfərə aid olduğu ehtimal edilən insan sümük fraqmentləri aşkar edilib.

Bu barədə Azərbaycan Baş Prokurorluğu və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə məlumatında deyilir.

Məlumatda bildirilir ki, hazırda ərazidə olan insan qalıqlarının tam aşkar edilməsi istiqamətində işlər davam etdirilməklə, sümük fraqmentləri üzrə zərərçəkmişlərin şəxsiyyətinin, onların torpaqda qalma müddətinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibb ekspertləri və mütəxəssislərin iştirakı ilə baxış davam etdirilir.

Xatırladaq ki, Azərbaycanın azad edilmiş ərazilərində indiyədək bir neçə məkanda insanların kütləvi halda basdırıldığı yerlər aşkar edilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Qarabağ müharibəsi dövründə 3890 Azərbaycan vətəndaşı itkin düşüb.

Forum

XS
SM
MD
LG