Accessibility links

Blinken Çinə ikinci səfəri zamanı insanlar arasında əlaqələri gücləndirməyə çalışacaq


Vaşinqton və Pekin arasında bir sıra mürəkkəb məsələlərdə fikir ayrılığı mövcud olsa da, ABŞ Dövlət katibi Antoni Blinken bu həftə Çinə ikinci səfərinə başlayır. O, ilk növbədə birbaşa əlaqənin əhəmiyyətinə diqqət yetirib. Blinkenin sözlərinə görə, bu, hər iki ölkədən və dünyadan olan insanlara təsir edən əsas problemlərin həlli üçün vacib olan bir şeydir.

Çərşənbə günü rahat bir şəraitdə, insanlar arasında əlaqələri gücləndirmək səyləri fonunda Blinken Çin Basketbol Assosiasiyasının Şanxay Sharks və Zhejiang Qızıl Bulls arasında pley-off oyununda iştirak edib. Blinken sosial mediada bildirib ki, onun Çin Xalq Respublikası rəsmiləri ilə “intensiv üz-üzə diplomatiyası” Amerika xalqı və dünya üçün ən vacib məsələlərdə irəliləyiş əldə etmək üçün həyati əhəmiyyət kəsb edir və bu, “davam edən birbaşa əlaqənin” bir hissəsidir”.

Çin rəsmiləri bildiriblər ki, Blinkenin səfəri hər iki ölkənin dialoqu saxlamaq, fikir ayrılıqlarını idarə etmək, əməkdaşlığı inkişaf etdirmək və beynəlxalq məsələlərdə koordinasiyanı artırmaq üçün davam edən səylərinin bir hissəsidir.

Birləşmiş Ştatlar Çini Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək verməməsi barədə xəbərdarlıq edib. Belə ki, Çin şirkətləri Rusiyanın müdafiə sənayesini birbaşa olaraq mühüm komponentlərlə təchiz edir.

Bu ay Yeddilik Qrupunun xarici işlər nazirləri Çini Rusiyanın hərbi istehsalına kömək edən ikili təyinatlı materialların və silah komponentlərinin ötürülməsini dayandırmağa çağırıb.

Dövlət Departamentinin yüksək rütbəli rəsmisi Amerikanın Səsinə deyib ki, Birləşmiş Ştatlar “həm Ukraynada, həm də Avropada təhlükəsizliyi ciddi şəkildə pozan” Çin şirkətlərinə qarşı lazım gəldikdə “addımlar atmağa hazırdır”. Lakin o, ABŞ-ın gələcək sanksiyaları ilə bağlı hər hansı təfərrüat verməkdən imtina edib.

Aydın olan odur ki, ABŞ həmin materialların ötürülməsini asanlaşdıran Çin banklarına sanksiya tətbiq etməyi düşünür. ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib ki, Vaşinqton Rusiya ordusuna Ukraynaya müdaxilədə kömək etsələr, Çin bankları, şirkətləri və Pekin rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməyə hazırdır.

Çin rəsmiləri isə Vaşinqtonun narahatlığını rədd edib.

Blinkenin gündəmindəki digər aktual məsələlər arasında narkotiklərlə mübarizə, süni intellektlə bağlı danışıqlar və Cənubi Çin dənizi ilə bağlı gərginlik fonunda hərbi əlaqənin gücləndirilməsi daxildir. Lakin ABŞ rəsmiləri və analitikləri Blinkenin Çin görüşlərindən böyük irəliləyişlər gözləmir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG