Accessibility links

Qeyri-rəsmi panel İsrail Müdafiə Qüvvələrini “sistemli şəkildə müharibə cinayətlərində” ittiham edib


Prezident Co Baydenin İsrailə 26 milyard dollarlıq müharibə zamanı yardım paketini imzaladığı gün amerikalı ziyalılar və Dövlət Departamentinin keçmiş rəsmilərindən ibarət qeyri-rəsmi panel İsrail Müdafiə Qüvvələrini “sistemli şəkildə müharibə cinayətlərində” ittiham edərək, ABŞ-ın İsrailə silah nəqlini dayandırmağa çağırıb.

Aprelin 24-də açıqlanan hesabatda Milli Təhlükəsizlik Memorandumunun Tətbiqi üzrə Müstəqil İşçi Qrup-20 (NSM-20) baş nazir Benyamin Netanyahu hökumətinin İsrailin Amerika silahlarından ABŞ və beynəlxalq qanunlara tam uyğun olaraq istifadə etdiyinə dair verdiyi zəmanətləri şübhə altına alır.

Təminatlar Baydenin fevral ayında verdiyi NSM-20 memorandumunda nəzərdə tutulur. İsrailin müharibəsini kəskin tənqid edənlərin də daxil olduğu könüllülər qrupu İsrail ordusunun Əl-Mağazi qaçqın düşərgəsinə və Cəbəliyə qaçqın düşərgəsinə hava zərbələri də daxil olmaqla, minlərlə insident hesabatını nəzərdən keçirdiyinibildirib.

İsrail ordusunun Qəzzada yaşayış binasına endirdiyi və 54-ü uşaq olmaqla, azı 106 mülki vətəndaşın öldüyü də qeyd edilib. Bu halların bir çoxunda insan haqları qrupları hücum zamanı yaxınlıqda hərbi hədəfə dair heç bir dəlil tapmayıb və onlar İsrail hakimiyyət orqanlarından əvvəlcədən heç bir xəbərdarlıq verilmədiyini bildirib.

Qrup bildirib ki, İDF humanitar qanunları pozub, o cümlədən qeyri-qanuni zərbələr zamanı ABŞ silahlarından istifadə edib və Qəzzadakı insanlara humanitar yardıma məhdudiyyətlər qoyub.

İşçi qrupun həmsədrləri Rutgers Universitetinin beynəlxalq hüquq üzrə dosenti, fələstinli amerikalı fəal Nura Erakat və istefaya gedənə qədər Dövlət Departamentinin silahların təhvil verilməsi ilə məşğul olan agentliyinin direktoru Coş Poldur. Coş Pol oktyabr ayənda ABŞ-ın "İsrailə ölümcül yardımı davam etdirməsinə" etiraz olaraq vəzifəsindən istifa verib. Hər ikisi daha əvvəl İsrailin Qəzzadakı müharibə ilə bağlı davranışını və Baydenin İsraili dəstəkləməsini tənqid edib.

Erakat deyib: “Az insan nəzarəti ilə hədəflər yaratmaq məqsədilə ABŞ silahlarına və süni intellekt texnologiyalarına güvənməyin birləşməsi, rahat döyüş qaydaları ilə birlikdə beynəlxalq humanitar hüququn sistematik pozulması kontekstini yaradıb. Birləşmiş Ştatlar bu nəticələrin qarşısını almaq üçün beynəlxalq hüquqi institutlar və mexanizmlər arasındakı böhranın mərkəzinə çevrilib."

Altı nəfərdən ibarət işçi qrupun üzvlərinə ziyalılar və keçmiş administrasiya rəsmiləri daxildir. Onların arasında Rutgers Hüquq Məktəbinin hüquq və silahlı münaqişə etikası professoru Adil Haq, Dövlət Departamentinin Təhlükəsizlik və İnsan Haqları İdarəsinin keçmiş direktoru Çarlz O. Blaha, ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan baş serjantı Ues C. Brayant və Nottingham Hüquq Məktəbinin beynəlxalq hüquq professoru Luigi Daniel də var.

NSM-20-yə əsasən, Bayden Dövlət DEpartamenti və Müdafiə Nazirliyinə 90 gün ərzində Amerika silahları ilə təmin edilən ABŞ tərəfdaşlarının beynəlxalq və ABŞ qanunlarına riayət edib-etmədiyi barədə Konqresə hesabat verməyi əmr edib.

İşçi qrup bildirib ki, sənəd administrasiyanın qanunvericilərə hesabat verməsi barədə məlumatlandırmaq məqsədi daşıyır. Onlar hesabatı çərşənbə günü ictimaiyyətə açıqlamadan əvvəl aprelin 18-də administrasiyaya təqdim etdiklərini deyib.

ABŞ Dövlət Departamenti həmçinin İordan çayının qərb sahilində insan haqlarını pozmaqda ittiham olunan İsrail hərbi birləşmələrinə, əsasən də oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan əvvəl yardımın məhdudlaşdırılıb məhdudlaşdırılmayacağı ilə bağlı araşdırmanın nəticələrini açıqlamaq niyyətindədir.

Məhdudiyyətlər elan edilsə, bu, ABŞ-ın İsrail ordusuna yardımını qadağan edən ilk hadisə olacaq.

ABŞ rəsmiləri bunun hansı bölmələrə şamil ediləcəyi barədə məlumat verməkdən imtina edib, lakin İsrail mediası 2022-ci ildə şimal sərhədinə yerləşdirilməzdən əvvəl əsasən İordan çayının qərb sahilində fəaliyyət göstərən və ultra-ortodoks İsrail əsgərlərindən ibarət Netzah Yehuda hərbi birliyinə şamil ediləcəyini bildirib.

Dövlət Katibi Antoni Blinken deyib ki, tapıntıların "yaxını günlərdə" açıqlanması gözlənilir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG