Accessibility links

Osaka-Paris marşrutu ilə uçan təyyarə Bakıda qəza enişi edib, xəsarət alan olmayıb


Bakı Hava limanı (Mənbə: Heydər Əliyev Beynəlxalq Aeroportu)
Bakı Hava limanı (Mənbə: Heydər Əliyev Beynəlxalq Aeroportu)

Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunda "Air France" aviaşirkətinə məxsus təyyarənin qəza enişi etməsi səbəbindən həyəcan siqnalı elan edilib.

Bu barədə aeroportun mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər.

Osaka-Paris marşrutu ilə hərəkət edən "Boeing 777" hava gəmisi göyərtəsindəki yaranan tüstü səbəbindən Bakı hava limanına qəza eniş sorğusu göndərib.

"Aeroportda elan edilən həyəcan siqnalı ilə əlaqədar bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib. “Air France” aviadaşıyıcısının təyyarəsi Bakı vaxtı ilə saat 16.37-də uğurla eniş edib. Təyyarədə olan 280 sərnişin dərhal təxliyə edilib, insident nəticəsində xəsarət alan olmayıb”, mətbuat xidmətinin əməkdaşı qeyd edib.

Məlumata görə, hazırda hava gəmisinə baxış keçirilir və hadisənin baş verməsinin bütün səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil olunur.

Təyyarənin sərnişinləri Bakı Hava limanındadsır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG