Accessibility links

ABŞ Senatı TikTok-la bağlı qanun layihəsini təsdiq edib


ABŞ Senatı Çinin sahib olduğu ByteDance-dən məşhur qısa video tətbiqinin ABŞ-dakı aktivlərini təxminən doqquz ay ərzində təhvil verməsini, əks təqdirdə qadaöan edilməsini tələb edən qanun layihəsini prezident Co Baydenin imzasına göndərmək üçün səs verib.

Şənbə günü ABŞ Nümayəndələr Palatası tərəfindən qəbul edilən tədbir Çinin amerikalıların məlumatlarına daxil ola biləcəyi və ya proqramla onları izləyə biləcəyi ilə bağlı narahatlıqlar ilə izah edilib. Bayden qanunu imzalayacağını deyib.

Kəşfiyyat Komitəsinin respublikaçı senatoru Marko Rubio "İllərdir ki, biz Çin Kommunist partiyasına Amerikada təhlükəli dərəcədə uzaqgörənlikdən uzaq olan ən populyar proqramlardan birinə nəzarət etməyə icazə vermişik. Yeni qanun Çinin sahib olduğu proqramı satmasını tələb edəcək. Bu, Amerika üçün yaxşı addımdır" deyib.

ABŞ istifadəçilərinin məlumatlarını Çin hökuməti ilə paylaşmadığını və paylaşmayacağını deyən TikTok qanunun ABŞ-da istifadəçilərinin söz azadlığıhüquqlarını pozacaq qadağaya bərabər olduğunu bildirib. Şirkət hələ şərh verməyib, lakin həftə sonu işçilərinə qanunvericiliyin qarşısını almaq üçün tez bir zamanda məhkəməyə müraciət edəcəyini bildirib.

"Biz mübarizəni davam etdirəcəyik, çünki bu qanunvericilik TikTok-dakı 170 milyon amerikalının Birinci Düzəliş hüquqlarının açıq şəkildə pozulmasıdır... Bu, uzun prosesin sonu deyil, başlanğıcıdır", TikTok şənbə günü işçilərə bildirib.

Senat qanun layihəsinin lehinə 79, əleyhinə 18 səs verib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG