Accessibility links

Yaxınları İmran Əliyevin işgəncələri ictimailəşdirdiyi üçün yenidən zorakılığa məruz qaldığını deyir


"Meclis.info"nun rəhbəri İmran Əliyev barəsində həbs qətimkan tədbiri seçildikdən sonra polis maşınına mindirilərkən. (19 aprel 2024-cü il)
"Meclis.info"nun rəhbəri İmran Əliyev barəsində həbs qətimkan tədbiri seçildikdən sonra polis maşınına mindirilərkən. (19 aprel 2024-cü il)

Aprelin 24-də Bakı Apellyasiya Məhkəməsində “Meclis.info” saytının rəhbəri İmran Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxılıb. Məhkəmə Əliyevin vəsatətini təmin etməyib.

Sayt rəhbərinin yaxınları bildiriblər ki, aprelin 19-da İmran Əliyev Xətai Rayon Məhkəməsində Bakı Baş Polis İdarəsində işgəncəyə məruz qaldığını deyib. Məhkəmədən sonra o, yenidən polis idarəsində işgəncələrdən şikayət etdiyi üçün döyülüb. Yaxınlarının sözlərinə görə, Əliyevin bədənində zorakılıq izləri olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı iddiaları "əsassız iddialar, şəxsi mülahizələr" adlandırıb.

İmran Əliyev
İmran Əliyev

İmran Əliyev barəsində Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq-vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə 2 ay və 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sayt rəhbərinin zorakılığa məruz qaldığı, məhkəməyə gözünün altı göyərmiş şəkildə gətirildiyi bildirilir.

İmran Əliyevin yaxınlarının məlumatına görə o, "Abzas Media işi" üzrə həbs edilib:

"İmran Əliyev saxlanıldıqdan sonra polis orqanına gətirilib. Orada onu döyüblər, həmçinin "tok"a veriblər. O, ağır işgəncə görüb, zorla hansısa sənədə qol çəkdiriblər. Tələb ediblər ki, vəkilindən imtina etsin. Döyəndə vurub gözünün altını göyərdiblər, bədəninin müxtəlif yerlərində də xəsarət izləri var".

Məhkəməyə gətiriləndə onun qolu arxadan qandallanıb. Xətai Rayon Məhkəməsində keçirilən prosesdə səsyazma texnikası işlək olmayıb. Müdafiə tərəfi səsyazma tələb etsə də, məhkəmə tələbləri nəzərə almayıb.
İddialarla bağlı rəsmi qurumlardan mövqe almaq mümkün olmayıb.
İmran Əliyev aprelin 18-də Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb. Bu barədə onun özü məlumat verib.

"Haqqımda gedən sifarişli yazıdan sonra təhlükəsizlik üçün İstanbula bilet almışdım. Barəmdə yazılan xəbərlər uydurmadır. Saat 20:54-dür, pasportumu, həmçinin biletimi də alaraq məni saxlayıblar".

İmran Əliyev bildirib ki, o, Sərhəd Qoşunları tərəfindən saxlanılaraq "qara maskalı" şəxslərə təhvil verilib. Onun sözlərinə görə saxlanılarkən ona qarşı zor tətbiq olunub.

Sayt rəhbəri saxlanmazdan bir neçə saat öncə hakimiyyətyönümlü "Qafqazinfo" saytı ""Abzas Media" və "Toplum TV" işində yeni faktlar" adlı məqalə dərc olunub və orada İmran Əliyevin də adı çəkilir. İmran Əliyev bildirib ki, onun barəsində məqalə dərc olunub, həmin məqalədə o, qrant qaçaqmalçılıqda ittiham olunub.

"Meclis.info" parlamentin fəaliyyətini monitorinq edən platformadır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG