Accessibility links

Təbrizin tarixi kitabxanasındakı bir neçə kitab qara bazarda hərraca çıxarılıb


Təbriz
Təbriz

Son günlərdə bəzi Telegram kanalları tarixi kitabların şəkillərini dərc edərək, onları qara bazarda qeyri-qanuni yolla satmağa cəhd edib.

Bu barədə İRNA rəsmi xəbər agentliyi məlumat yayıb.

Telegram kanallarında satışa çıxarılan bu kitabların üzərində "Təbriz Tərbiyət Kitabxanasının" möhürü olduğu üçün həmin əsərlərin bu tarixi kitabxananın arxivindən çıxarılaraq qanunsuz şəkildə satıldığı müəyyən edilib.

İran mətbuatında yayılan görüntülərdə qara bazarda qanunsuz satılan kitabların Qacarlar dövrünə aid olduğu bildirilir.

Şərqi Azərbaycan Xalq Kitabxanalarının baş direktoru Əsəd Babayi Telegramda satışa çıxarılan kitabların sayının 8 olduğunu və məhkəmə orqanlarının koordinasiyası və satış elanı verən şəxsin təqibi ilə onların Təbriz Təbriyət Kitabxanasına qaytarıldığını bildirib.

Təbriz Tərbiyət Kitabxanasına aid kitablar Telegramda satışa qoyulub
Təbriz Tərbiyət Kitabxanasına aid kitablar Telegramda satışa qoyulub

Təbriz Təbriyət Kitabxanasının arxivinə aid olan bu kitabların virtual məkanda satılması onların kitabxanadan necə çıxarıldığı ilə bağlı geniş müzakirələrə səbəb olub. Əsəd Babayi bu kitabların 20 ildən çox əvvəl kitabxanadan çıxarıldığını irəli sürüb.

Rəsmilər Telegramda hərraca çıxarılan kitabların hamısının kitabxanaya qaytarıldığını iddia etsələr də, etiraf edirlər ki, ölkənin xalq kitabxanaları institutu 21 il əvvəl yaradılandan sonra köhnə və qiymətli kitablardan istifadə özəl qaydalara və təlimatlara tabe olub, lakin bu tarixdən öncə bir çox nadir kitablar kitabxanalardan çıxarılıb.

Tərbiyət Kitabxanası 1921-ci ildə ziyalı və jurnalist Mirzə Məhəmmədəli Tərbiyət tərəfindən əsası qoyulmuş İranın ilk dövlət kitabxanasıdır.

Forum

XS
SM
MD
LG