Accessibility links

Siyasi məhbus Kərim İsmayılzadənin dərmanlarının verilməsinə icazə verilmədiyi bildirilir


Təbriz Mərkəzi Həbsxanası
Təbriz Mərkəzi Həbsxanası

Təbriz Mərkəzi Həbsxanasında məhbus olan, ürək xəstəliyindən və mədə problemlərindən əziyyət çəkən azərbaycanlı siyasi məhbus müalicə və dərmanlarının almasından məhrum edilib.

Bu barədə insan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi məlumat yayıb.

Yayımlanan xəbərə görə, bu məhbusun ehtiyacı olan dərmanlar onun ailəsi tərəfindən hazırlanaraq həbsxana məmurlarına çatdırılsa da, həbsxana rəhbərliyi İsmayılzadəyə bu dərmanları verməyə mane olub.

Bu siyasi məhbusun tibbi yardıma ehtiyacı olduğu bildirilir. Hüquq müdafiəçilərinin sosial şəbəkələrdə yaydığı məlumatlara görə, o, əvvəlki illərdə həbsdə olarkən aclıq aksiyası keçirdiyi üçün mədə nahiyəsindən xəstələnib. Ona mədə xorası diaqnozu qoyulub. Peptik xoralar müalicə edilmədən daha da pisləşə bilər.

İdmançı və siyasi fəal aprelin 17-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq, 6 aylıq həbs cəzasının tətbiq edilməsi üzrə Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.

İsmayılzadə keçən il dekabr ayında Təbriz Ümumi və İnqilab Məhkəməsi tərəfindən "kiber məkanda insanları zorakılıq hərəkətlərinə təhrik etmək və dəvət etmək" ittihamından təqsirkar tanınaraq, 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Forum

XS
SM
MD
LG