Accessibility links

Sosial şəbəkə fəalı hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırış etməkdə günahlandırılır


Elşən Kərimov (Mənbə: Sosial şəbəkə)
Elşən Kərimov (Mənbə: Sosial şəbəkə)

Yevlax rayonunun Rüstəmli kəndində saxlanılan sosial şəbəkə fəalı Elşən Kərimova qarşı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 281.1 (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddəsi ilə cinayət işi başlanılıb. Aprelin 19-da Binəqədi Rayon Məhkəməsi Kərimov barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçib.

Bu barədə vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, Kərimov 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Vəkil Kərimovun həbsindən apellyasiya şikayəti verib. Aprelin 24-də Bakı Apellyasiya Məhkəməsi hakim Elbəy Allahverdiyevin sədrliyi ilə apellyasiya şikayətinə baxacaq.

Elşən Kərimov aprelin 17-də atasının yaz mərasimində saxlanılıb. O Rusiya vətəndaşıdır, 1994-cü ildən Moskva şəhərində yaşayır.

Elşən Kərimov sosial şəbəkələrdə fəaldır. O, Facebook statuslarında son zamanlar Azərbaycanda həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəallarını, digər siyasi partiya üzvlərini, ictimai fəalları və jurnalistləri müdafiə edən statuslar paylaşıb.

Forum

XS
SM
MD
LG