Accessibility links

Azər Qasımlı: Azərbaycan iqtidarı anti-qərb, anti-demokratiya yolunu seçib


Azər Qasımlı: Azərbaycan iqtidarı anti-qərb, anti-demokratiya yolunu seçib
please wait

No media source currently available

0:00 0:07:07 0:00

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Amerikanın Səsinə müsahibəsində Azərbaycanın xarici siyasət kursunda dəyişikliklərdən danışıb.

Amerikanın Səsi: Azərbaycanda iqtidaryönümlü mətbuatda, ayrı-ayrı deputatların və hökümətə yaxın ekspertlərin ritorikasında antiqərb meyyləri açıq ifadə olunur. Bunun səbəbi nədir?

Azər Qasımlı: Bunun səbəbi ondan ibarətdir ki, yəni praktiki səbəbi budur ki, onlara bu tezislər yuxarıdan göndərilir. İstər deputatlar olsun, istər hökümətyönümlü YAP nümayəndələri olsun və digərləri, tezislər göndərilir. Onlar bu tezislər əsasında fikirlərini səsləndirirlər. Birmənalı olaraq Azərbaycanın siyasi sisteminin praktikası bundan ibarətdir. İkinci ən əsas səbəbi isə ümumiyyətlə Azərbaycan iqtidarının artıq Rusiyadan yana geopolitik siyasət yeritməməsidir. Bu gün biz ölkə olaraq açıq şəkildə artıq sürətlə Rusiyanın boyunduruğu altına getməkdəyik. Yavaş-yavaş bu proses gedir.

Amerikanın Səsi: Azərbaycanın xarıcı siyasətində hər hansısa dönüşün baş verməsindən danışmaq olarmı? Çünki Azərbaycan prezidenti xarici siyasətdə türk dünyası ilə əlaqələri prioritet elan edib.

Azər Qasımlı: Bəli, bunu artıq demək olar. Bayaq mən qeyd etdim. Azərbaycan artıq Rusiyadan yana öz geopolitik seçimini edir. Bunun nəticəsi olaraq Azərbaycan xarici siyasətini dəyişib. Məsələn, bu günə qədər xarici siyasətdə balans nəzərdə tutulurdu. Qərbin maraqları ilə Rusiyanın maraqları hansısa bir şəkildə nəzərə alınırdı. Amma biz bunu görmədik. Gördüyümüz ondan ibarətdir ki, 44 günlük müharibədən sonra, Rusiyanın da anti-terror əməliyyatından sonra Azərbaycan iqtidarı artıq Rusiyanın yanındadır. Hesab edirəm ki, o cümlədən Azərbaycanın daxilində siyasi sistemin tamamilə qapadılması artıq hətta mən deyərdim ki, diktaturaya yuvarlanması bununla bağlıdır.

Amerikanın Səsi: Qərblə gərginliyin artması Azərbaycan üçün hansı nəticələrə gətirib çıxara bilər?

Azər Qasımlı: Bu təbii ki, ondan asılı olacaq ki, Azərbaycan və Ermənistan münasibətləri hansı şəkildə olacaq. Əgər Ermənistan və Azərbaycan sərhəddində atışma olacaqsa və yaxud geniş miqyaslı münaqişə olacaqsa, deyəlim ki, Zəngəzur ritorikası bitməyəcəksə, nəinki bitməyəcəksə, hətta bununla bağlı addımlar atılacaqsa, mən hesab edirəm ki, Qərb ölkələri ilə, ABŞ ilə Azərbaycanın münasibətləri pisləşəcək. Birmənalı olaraq. Bu nə deməkdir. Bu o deməkdir ki, Azərbaycana qarşı sanksiyalar elan oluna bilər. İlk növbədə də iqtisadi sanksiyalar. Sadəcə iqtisadi sanksiyalar yox, Azərbaycan qazına, neftinə sanksiyalar ola bilər. Məsələn, Avropa İttifaqı Azərbaycanla qaz sazişi imzalayıb. Məsələn, onu ləğv edə bilərlər. O cümlədən də Azərbaycan neftinə embarqo qoya bilərlər. Yəni bu mümkündür. Bu da ölkədə ciddi iqtisadi problemlərə gətirəcək. Amma ümumən götürəndə strateji olaraq Azərbaycan bir dövlət kimi, Azərbaycan cəmiyyəti bundan yalnız uduzacaq. Yəni söhbət təkcə iqtisadi sanksiyalar, iqtisadi problemlərin yaşanmasından getmir. Biz gələcəyimizi itirəcəyik. Çünki belə olan təqdirdə Azərbaycan sanki qlobal dünyadan qopacaq.

Amerikanın Səsi: Rusiya-Ukrayna müharibəsində baş verən proseslər Cənubi Qafqaz regionuna necə təsir edir?

Azər Qasımlı: Əlbəttə, təsir edir. Mən hətta deyərdim ki, bu gün postsovet məkanında ölkələr iki düşərgəyə bölünüblər. Yəni birnci düşərgə avtoritar ölkələrdir. Mən burada Orta Asiyanı götürmürəm. Daha çox Avropa Şurasının üzvü və yaxud Şərq Tərəfdaşlığı proqramına üzv olan ölkələri götürürəm. O da əsasən postsovet məkanının Avropa hissəsini götürürəm. O da əslində postsovet məkanının Avropa hissəsi və Cənubi Qafqaz ölkələridir. Avtoritar düşərgədə kimlər var: Təbii ki, Rusiyadır, Belarusdır və Azərbaycandır. Digər ölkələr isə Moldovadır, Gürcüstandır, Ukraynadır. Onlar artıq Avropa İttifaqına namizəd statusunu qazanıblar. Qərb Universittelərinə inteqrasiya proseslərinə başlayıblar. Bunun yanında da Ermənistan. Ermənistan hal-hazırda Rusiyanın nəzarətindən surətlə çıxmaqdadır. Bu baxımdan təbii ki, Cənubi Qafqaza təsiri var. Hal-hazırda Cənubi Qafqaz uğrunda ciddi mübarizə gedir. Təəssüflər olsun ki, Azərbaycan iqtidarı hal-hazırda bu mübarizədə anti-qərb, anti-demokratiya yolunu seçib və Rusiyanın yanındadır. Ona görə ki, ölkədə avtoritarizmi saxlaya bilsin.

Qeyd: Bu, Azər Qasımlının fikirləridir. Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında bildirib ki, Azərbaycanın xarici siyasəti xalqın mənafeyinə xidmət edir. O, Azərbaycanın xarici siyasətinin əsas priroteti kimi türkdilli dövlətlər ilə münasibətlərin inkişafını göstərib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG