Accessibility links

Qəzvində sosial media adminləri həbs edilib


İran polisi müxtəlif vilayətlərdə vətəndaşları sosial mediada paylaşdıqları məzmunlar səbəbilə nəzarət altına almaqda davam edir.

Dövlət agentliyi İRNA-nın bildirdiyinə görə, bu günlərdə Qəzvin vilayətində Instagram sosial şəbəkəsindəki iki səhifəni idarə edən şəxslər kiber-polis qüvvələri tərəfindən həbs olunub.

Saxlanılan şəxslərin kimliyi və sayı ilə bağlı məlumat verilməyib. İRNA-nın Qəzvin polisinə istinadən yaydığ açıqlamaya görə, adminlər “milli təhlükəsizliyə qarşı məzmunlar yaymaq və ictimai rəyi təşvişə salmaq” ittihamı ilə saxlanılıblar.

“Qanunlara zidd məzmunların bloklanması və silinməsi ilə yanaşı, onları paylaşan şəxslərə qarşı da hüquqi tədbirlər görülüb”, Qəzvin polisi bildirib.

İran rəsmiləri keçən həftə də Ərdəbil vilayətində bir nəfərin sosial şəbəkələrdə paylaşdığı yazılar səbəbilə kiber-polis qüvvələri tərəfindən nəzarət altına alındığını bildirmişdilər.

Bu barədə Ərdəbilin Ümumi və İnqilab Prokurorluğuna istinadən məlumat yayan dövlət agentliyi həbsin İranın İsrailə pilotsuz təyyarələr və raketlərlə hücumu ilə əlaqədar baş verdiyini bildirmişdi.

Ərdəbil prokuroru Cavad Afaqi həmçinin İsrailin “psixoloji əməliyyatlarına uyğun məzmun yaradıb və ya paylaşanlara qarşı kəskin ölçülər götürüləcəyini” ifadə edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG