Accessibility links

"Abzas Media işi" ilə bağlı daha 3 nəfər dindirilməyə çağırılıb


Foto: Abzas Media
Foto: Abzas Media

Aprelin 15-də daha iki nəfər "Abzas Media işi" ilə bağlı dindirilmək üçün Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb. Onlar "Abzas Media" ilə heç bir əlaqəsinin olmadığını bildirirlər.

BŞBPİ müstəntiqləri İnarə Hünbətovanı aprelin 16-sı, Şəms Hacıyevanı isə 17-si günorta saatlarında idarəyə dəvət ediblər. Hər ikisinə də niyə bu iş üzrə şahid qismində cəlb edilmələri ilə bağlı açıqlama verilməyib.

Jurnalist Mina Əlyarlı isə aprelin 17-də yenidən Bakı Şəhər Baş Polis

Elnarə Qasımova və Mina Əlyarlı
Elnarə Qasımova və Mina Əlyarlı

İdarəsində dindiriləcək. BŞBPİ-nin İstintaq İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi Toğrul Hüseynov aprelin 15-də jurnalistə zəng edərək əlavə suallarının yarandığını bildirib, idarəyə dəvət edib. Sonradan dindirilmənin vaxtı dəyişdirilib, ayın 17-nə təyin olunub. Əlyarlı ötən il noyabrın 23-də bu iş üzrə bir dəfə dindirilib.

İndiyə qədər iş üzrə dindirilməyə ikinci dəfə çağırılan bütün jurnalistlər həbs olunub.

Aprelin 10-da jurnalist İsmayıl Tağıyev də "Abzas Media işi" üzrə dindirilməyə çağırılıb, daha sonra sərbəst buraxılıb.

"Abzas Media" ilə bağlı nə baş verib?

"Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. İstintaqın həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilir.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.

Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub. Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir. Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Forum

XS
SM
MD
LG