Accessibility links

Güneyli fəal Əbdüləziz Əzimi Qədim Evin həbsxanasının ümumi bölməsinə köçürülüb


Evin həbsxanası
Evin həbsxanası

Azərbaycanlı milli fəal Əbdül Əziz Əzimi Kadim təcridxanadan Evin həbsxanasının ümumi palatasına köçürülüb.

Bu barədə Araz News Telegram kanalı məlumat yayıb.

Verilən məlumata əsasən, azərbaycanlı milli fəal bu həbsxananın təcridxanasında 24 gün təhlükəsizlik qüvvələri tərəfindən dindirildikdən sonra fevralın 28-i səhər saatlarında ümumi bölməyə köçürülüb.

O, fevralın 6-da Tehranda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və hazırda Tehranın Evin həbsxanasında saxlanılır.

Milli fəala qarşı irəli sürülən ittihamlar barəsində məlumat yoxdur. Təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən milli fəallara vəkilə çatım hüququ təmin edilmir.

Həmçinin hüquq müdafiəçiləri azərbaycanlı fəalın yaxınlarına istinadən onun təhlükəsizlik qüvvələrinin qanunsuz həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını və aclıq aksiyasının hələ də davam etdiyini açıqlayıblar.

Əbdüləziz Əzimi Qədim İranda azərbaycanlıların hüquqları ilə bağlı dinc fəaliyyətinə görə, dəfələrlə həbs edilmiş və mühakimə olunmuş Tehranda yaşayan azərbaycanlı din xadimidir.

2005-ci ilin aprelində o, xüsusi din xadimləri məhkəməsi tərəfindən “din xadiminin ləyaqətini alçaltma” maddəsi ilə 10 il müddətinə din xadimi paltarı geyinmək hüququndan məhrum edilmişdi, lakin o, bu hökmü icra etməkdən imtina etdiyi üçün təkrar mühakimə olunaraq 91 gün həbs cəzasına məhkum edilmişdi.

Forum

XS
SM
MD
LG