Yanvarın 19-da Bakı Apellyasiya Məhkəməsi araşdırmaçı jurnalist Hafiz Babalının ev dustaqlığına buraxılması barədə verilən şikayəti təmin etməyib.
Bu barədə Amerikanın Səsinə vəkil Rəsul Cəfərov bildirib.
Onun sözlərinə görə, iclasda Babalı qaçaqmalçılıq ittihamının və ona qarşı cinayət təqibinin jurnalist araşdırmaları ilə bağlı olduğunu təkrar edib.
Lakin məhkəmə apellyasiya şikayətini təmin etməyib.
Müdafiə tərəfi qətimkan tədbirinin dəyişdirilməsi üçün tədbirləri davam etdirir .
Dekabrın 13-də Turan Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı "xarici valyuta qaçaqmalçılığı" ittihamı ilə saxlanılıb. O, "Abzas Media" jurnalistlərinin işi üzrə istintaqa cəlb edilib.
Dekabrın 14-də Bakının Xətai Rayon Məhkəməsi Hafiz Babalı barəsində 3 ay həbs qətimkan tədbiri seçib.
Dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsi Hafiz Babalının barəsində verilmiş apellyasiya şikayətlərini təmin etməyib.
Araşdırmaçı jurnalistin həbsi çoxsaylı beynəlxalq təşkilatllar, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.
Hafiz Babalı son günlər Azərbaycanda həbs edilən 9 jurnalistdən biridir.
Forum