Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri ilə yükdaşımaların artırılması region dövlətlərinin diqqət mərkəzindədir. Belə ki, Rusiya-Ukrayna müharibəsi həm Avropa İtiifaqı ölkələrinin, həm də Rusiyanın ticarət əlaqələrinə ciddi təsir edib. Bu səbəbdən Azərbaycandan keçən Şumal-Cənub dəhlizi Rusiyanın, Şərq-Qərb dəhlizi (Orta dəhliz) isə Çin də daxil olmaqla, Mərkəzi Asiya ölkələrinin, həmçinin Avropa İttifaqı ölkələrinin diqqətində priroitetdir.
Hazırda Moskvada keçirlən "Nəqliyyat həftəsi" forumunda Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov Şimal-Cənub dəhlizinin inkişafından danışarkən deyib ki, 2023-cü ilin sonunda Şimal-Cənub dəhlizi ilə yükdaşımaların həcmi 18 milyon tona çata bilər, bu da 2021-ci illə müqayisədə demək olar ki, 33 faizdən çoxdur.
"Hazırda dəhlizin tərkib hissəsi olan hər üç marşrut üzrə aktiv iş aparılır. Beləliklə, şərq marşrutu ilə müntəzəm konteyner daşımalarına başlanılıb. Transxəzərdə Volqa-Xəzər dəniz gəmiçiliyi kanalında və Mahaçqala dəniz limanında dibdərinləşdirmə işləri başa çatdırılır, bu da 4,5 metrə qədər suqəbuledici gəmiləri suya buraxmağa imkan verəcək. Qərb marşrutu çərçivəsində İranla Rəşt-Astara dəmir yolunun bir hissəsinin tikintisinin maliyyələşdirilməsinə dair saziş bağlanıb və Azərbaycanla sərhəddə avtomobil buraxılış məntəqələrinin buraxılış qabiliyyəti iki dəfə artırılıb", o qeyd edib.
Andrey Belousovun qənaətincə, 2030-cu ilə qədər bu dəhlizlər üzrə yükdaşımaların həcminin ildə 700 milyon tona çatdırılacağı gözlənilir.
Baş nazirin birinci müavini deyib ki, Rusiya və Azərbaycan 2023-cü ilin sonuna kimi Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə dair saziş imzalamalıdır.
"Bu ilin sonuna kimi biz Azərbaycanla da analoji saziş imzalamalıyıq. 2028-ci ildən isə bu marşrut yük daşımalarında əlavə artımla tam istifadəyə veriləcək. Yükdaşımalarının əlavə artımı başlanğıc üçün ildə 15 milyon ton yük nəzərdə tutulub. Bunlar hələ kifayət qədər iddialı planlardır, amma həyata keçirilir", o bildirib.
Noyabrın 16-da Azərbaycanın İran və Ermənistanla sərhəd regionunda yerləşən Zəngilan şəhərində isə keçirlən "Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları" mövzusunda beynəlxalq konfransda Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Rəşad Nəbiyev deyib ki, hazırda Şimal-Cənub nəqliyyat dəhlizində üçtərəfli (Rusiya, İran, Azərbaycan) beynəlxalq operatorun yaradılması ideyası müzakirə olunur.
Nazir Orta dəhlizlə bağlı danəşarkən deyib ki, Azərbaycan son iki ildə Avropadan olan həmkarlarına Orta Dəhlizin əhəmiyyətini təşviq etməyə çalışır.
"Amma təəssüf ki, onlar bu dəhlizə kifayət qədər önəm verməyiblər. Avropalı tərəfdaşlar şərqlə qərb arasında yüklərin ənənəvi nəqliyyat xəttləri ilə daşınmasının kifayət etdiyi qənaətindədirlər. Amma hazırki reallıqlar, xüsusilə də geosiyasi proseslər onu göstərir ki, bu, kifayət deyil. Ənənəvi yollarla şərqlə qərb arasında və əks istiqamətdə yüklərin çatdırılması 53 günə başa gəlir. Biz isə region ölkələri ilə əməkdaşlıq çərçivəsində son bir ildə Orta Dəhlizlə yük çatdırılmalarını 22 günə qədər endirə bilmişik. Təbii faktlar ənənəvi yollarla daşımaların bu qədər qısa müddətə çatdırılmasına imkan vermir", o qeyd edib.
Nazir xatırladıb ki, dəhlizə üzv ölkələrlə birlikdə Yol Xəritəsi hazırlanıb: "Bu, çox mükəmməl bir sənəddir və burda digər tərəflərin məsuliyyətləri də müəyyən edilir. Biz birlikdə işləyərək xəritənin icrasına başladıq və bir sıra məsələləri sinxronlaşdırdıq. Eyni vaxtda bir sıra əməliyyatları və fəaliyyətləri həyata keçirdik", Nəbiyev əlavə edib.
Rusiya-Ukrayna müharibəsi başalayandan sonra Azərbaycandan keçən Şərq-Qərb (Avropa-Qafqaz-Asiya və ya Orta Dəhliz) və Şimal-Cənub nəqliyyat dəhlizlərinə maraq artıb.
Orta dəhliz - Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarını nəzərdə tutur.
Belə ki, TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin mayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.
TRACECA, həmçinin maraqları bir araya gətirmək, qarşılıqlı və faydalı əməkdaşlığın qurulmasının optimal yollarını tapmaq, o cümlədən Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionlarında iqtisadi əlaqələri, ticarət və nəqliyyat kommunikasiyalarını inkişaf etdirmək üçün sabit platformadır.
Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək Şimal-Cənub nəqliyyat dəhlizi haqqında razılaşmanın birinci aktı 12 sentyabr 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə razılaşmanı bütovlükdə 13 ölkə imzalayıb və müvafiq olaraq ratifikasiya edib. Bunlar Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadır. Azərbaycan Şimal-Cənu" layihəsinə 2005-ci ildə qatılıb.
Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut (Suveyş kanalı) üzrə çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub vasitəsilə 14-20 gün olması gözlənilir.
Forum