Accessibility links

Şərqi Azərbaycanda bəzi rəsmilər vilayətin iqtsadiyyatında azalma olduğunu bildirib


Təbriz, Şərqi Azərbaycan valiliyi
Təbriz, Şərqi Azərbaycan valiliyi

İranın Şərqi Azərbaycan vilayətinin bəzi rəsmiləri, o cümlədən vilayətin gömrük nəzarətçisi Sadiq Namdar bu vilayətin ixracatının azaldığını açıqlayıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə,Təbrizdə İraqla ticarətin nəzərdən keçirilməsi ilə bağlı keçirilən iclasda Sadiq Namdar vilayətin sənaye potensialının yüksək olmasına nisbətən vilayətin ixracatındakı payının aşağı olduğunu açıqlayıb.

Şərqi Azərbaycan vilayətinin bu gömrük səlahiyyətlisinin sözlərinə görə, ötən il İranın İraqa ümumi ixracı 4 milyard 540 milyon dollar olub ki, vilayət gömrüyünün ixracının payı bu məbləğdən sadəcə 151 milyon dollar olub.

Şərqi Azərbaycan vilayətinin iqtisadi vəziyyəti ilə bağlı tənqidləri Təbriz Ticarət Palatasının rəhbəri Yunus Jaele də dilə gətirib.

O, Təbrizdə keçirilən ixrac və idxalın idarə edilməsinə dair keçirilən iclasda vilayətin ixracatının digər vilayətlərlə müqayisədə azaldığını elan edib və vilayətdə nəqliyyat və logistika sahəsində zəifliyi ixracatın azalmasının mühüm amillərindən biri hesab edib.

"Nəqliyyat sektorumuzun logistika zəncirini təmin etmək üçün nizam-intizamlı planının olmaması ölkənin zəif cəhətidir." O, həmçinin əlavə edib ki, hazırkı vəziyyəti yaxşılaşdırmaq üçün bu sahədə lazımi səviyyədə əməkdaşlıq yoxdur.

Jaele ölkədə fərqli xarici valyuta məzənnələrin olmasını da iş adamları üçün digər problemli amil olaraq ifadə edib.

Təbriz Ticarət Palatasının rəhbəri Yunus Jaele Təbrizin geostrateji əhəmiyyətinə işarə edərək, tarix boyu “Qərb və Şərq arasında ticarətin kəsişdiyi şəhər” kimi rol oynadığını ifadə edib. O, Şərqi Azərbaycan vilayətinin uzun illər əvvəl bu mövqeyini itirməsindən təəssüfləndiyini bildirib.

Forum

XS
SM
MD
LG