Accessibility links

“Barbi” $1 milyard dollar gəlirlə qadın rejissorların yeni rekorduna imza atır


Rejissor Qreta Qerviq Londonda Britaniyada “Barbi” filminin premyerasında, 12 iyul 2023.
Rejissor Qreta Qerviq Londonda Britaniyada “Barbi” filminin premyerasında, 12 iyul 2023.

Rejissor Qreta Gerviqin çəkdiyi “Barbi” filminin premyerasından üç həftə sonra bilet satışlarından 1 milyard dollardan çox gəlir əldə edəcəyi gözlənilir.

Film qadın rejissor tərəfindən çəkilib ilk dəfə 1 milyard dollarlıq həddi keçən istehsal kimi qeydə alınıb.

Bundan əvvəlki rekord rejissor Patti Cenkinsin bilet satışlarından 821 milyon gəlir əldə edən “Wonder Woman” filminə məxsus idi.

Qreta Gerviq həm də filmin ssenari müəlliflərindən biridir.

Filmin həftə sonu Şimali Amerikada 4178 kino teatrda 53 milyon dollar gəlir əldə etdiyi qeyd edilib.

Margo Robbi və Rayan Qosling 12 iyul 2023-cü ildə Londonda “Barbi” filminin Avropa premyerasında, 12 iyul, 2023.
Margo Robbi və Rayan Qosling 12 iyul 2023-cü ildə Londonda “Barbi” filminin Avropa premyerasında, 12 iyul, 2023.

Filmin istehsal edildiyi Warner Bros. kino studiyası bazar gününün sonuna kimi filmin nümayişlərindən bilet satışlarının gəlirinin 1 milyard dolları keçəcəyini bildirib.

Kino tarixində cəmi 53 film 1 milyard dollardan çox gəlir əldə edib.

Qadınların birgə rejissor kimi çalışdığı isə üç film bir milyard dollar həddini keçib.

“Frozen”, “Frozen 2” və “Captain Marvel” gəliri 1 milyard dollarlıq həddi keçən filmlər kimi qeydə alınıb.

Cennifer Li “Frozen”, “Frozen 2”-də, Anna Boden isə “Captain Marvel” filmində birgə rejissor kimi çalışıb.

Forum

XS
SM
MD
LG