Accessibility links

Təbrizin sənaye obyektləri su və elektrik enerjisi çatışmazlığı problemi ilə üzləşir


Təbriz
Təbriz

Təbrizin sənaye müəssisələri ilin isti fəsillərində su və elektrik enerjisinin kəsilməsi və enerji çatışmazlığı ilə üzləşir.

Bununla bağlı Şərqi Azərbaycan vilayətinin Sənaye Müəssisələri Şirkətinin rəhbəri Səccad Mətləbi dövlət xəbər agentliyi İRNA ilə söhbətində məlumat verib.

Səccad Mətləbi bildirib ki, isti mövsümün başlaması ilə enerji istehlakının artması səbəbindən Təbrizin sənaye istehsal müəssisələrində su və elektrik enerjisinin kəsilməsinə səbəb olub və problemlər yaradır.

O, Şərqi Azərbaycan vilayətində elektrik infrastrukturunun, o cümlədən yarımstansiyaların və güc transformatorlarının çatışmazlığına diqqət çəkərək bildirib ki, "keçmişdə bu vilayətdə bu infrastrukturlar dövlət tərəfindən yaradılmayıb, bu isə sənaye müəssisələrində ölkənin elektrik stansiyalarında istehsal olunan milli elektrik şəbəkəsinin enerjisindən optimal şəkildə istifadə edə bilməməsinə səbəb olur."

Şərqi Azərbaycan Sənaye Müəssisələri Şirkətinin rəhbəri sənaye obyektlərində infrastruktur tələblərinin təmin edilməsinə görə məsuliyyət daşıyan müvafiq dövlət qurumlarının xidmət göstərmədiyini açıqlayıb və rəhbərlik etdiyi şirkətin vilayətin sənaye müəssisələrinin ehtiyaclarını, o cümlədən enerji infrastrukturlarını təmin etməli olduğunu bildirib.

Səccad Mətləbi vilayətdə sənaye müəssisələrində su çatışmazlığını da qeyd edərək, bunun Təbrizin sənaye obyektləri də daxil olmaqla, ölkə miqyasında ümummilli problem olduğunu deyib.

Şərqi Azərbaycan vilayətində 48 fəal sənaye müəssisəsi var və onların əksəriyyəti metal, kimya və yeyinti sənayesində fəaliyyət göstərir.

XS
SM
MD
LG