Accessibility links

Təbrizdə siyasi fəaldan "peşmanlıq izharı" üçün icra şöbəsinə getməsi tələb olunub


Güneyli fəal Fərhad Pakruh
Güneyli fəal Fərhad Pakruh

Hüquq müdafiəçiləri siyasi fəal Fərhad Pakruhun Təbriz Ümumi və İnqilab Prokurorluğunun icra şöbəsinə çağırıldığını bildirib.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, türk fəaldan 10 gün içərisində icra şöbəsinə müraciət etməsi tələb olunub.

Fərhad Pakruh ən son Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsində "İslam Respublikası nizamına qarşı təbliğat fəaliyyəti" göstərmək ittihamı ilə 10 milyon tümənlik cərimə cəzasına məhkum olunmuşdu.

Fərhad Pakruh
Fərhad Pakruh

Amerikanın Səsinin də surətini əldə etdiyi çağırış vərəqəsində yazılıb ki, "bu bildiriş vasitəsilə sizə bildirilir ki, 10 gün içərisində qəsdən bənzər qanunsuzluq törətməməyə dair peşmanlıq izhar etmək və yazılı təəhhüd imzalamaq üçün şöbəyə müraciət etməlisiniz. Peşmanlıq izharı və yazılı təəhhüdün verilməsi təqdirdə əfvə şamil olub və məhkəmə işinə xitam veriləcək. Şöbəyə müraciət edilmədiyi təqdirdə isə hökm icraya qoyulacaq."

Fərhad Pakruh keçən ilin noyabr ayında İrandakı ümummilli etirazlar fonunda Təbriz şəhərində nəzarət altına alınıb və daha sonra mülki zəmanət qarşılığında sərbəst buraxılmışdı.

Milli fəal öncə İnqilab Məhkəməsi tərəfindən 4 ay həbs və ölkədən çıxış qadağasına məhkum edildi. Ancaq, apellyasiya məkəməsinə müraciət etdikdən sonra həbs hökmü pul cəriməsinə çevrilib.

XS
SM
MD
LG